Hər bir müdrikliyin əsası səbrdir

Hər bir müdrikliyin əsası səbrdir
Maraqlı məlumatlar
10.09.2017 26
Ey iman edənlər! Səbr və dua ilə (namazla ALLAHdan) kömək diləyin.



Çünki ALLAH səbr edənlərlədir (onların dostudur). (Qurani-Kərim)



Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə)



bir sevgi yaradacaq. (ALLAH həm özü onları dost tutacaq, həm də onların

məhəbbətini hamının,o cümlədən möminlərin qəlbinə salınacaqdır). (Qurani-Kərim)



Siz xoşunuza gəlməyənə səbr etməsəniz,  sevdiyinizə çatmayacaqsınız. (Həzrəti İsa əleyhissalam)



Səbr etməklə kişi zindandan çıxar,

Səbr ilə açılar bağlı qapılar. (Nizami Gəncəvi)



Səbr ağlın xəzinəsidir. (Zeynalabdin Şirvani)



Çıxacağım yerə səbri nərdivan edirəm. (Cəlaləddin Rumi)



Səbirli olmağı bacaran gec-tez öz istəyinə çatacaq. (Onore de Balzak)



Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür. (Frensis Bekon)



Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir.

Gülün tikana səbr etməsi də onun gözəl

ətirli olmasına səbəb olur. (Cəlaləddin Rumi)



Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyinirəm. (Lüdviq van Bethoven)



Səbri, hövsələni unudan insan,

Ağıldan, şüurdan açmasın dastan. (Nizami Gəncəvi)



Uzun müddət hökm sürmək istəyirsənsə,

səbirli ol. (Samuel Conson)



Hər bir müdrikliyin əsası səbrdir. (Platon)



Uğurun sirri səbrli olmaqdır. (Bencamin Dizraeli)



Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. (Con Drayden)



Uğurun iki səbəbi var :səbr və ümid. (Aleksandr Düma)



Səbr ən zəiflərin və ən güclülərin silahıdır. (Leşek Kumor)



Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. (Henrik İbsen)



Özümüzün və başqalarının səhvlərini qəbul edib bunlara səbrlə dözməliyik. (Həzrəti İsa əleyhissalam)



Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. (Çarez Kaleb Kolton)



Vaxt da müəllim kimidir : problemləri səbirlə, tədricən yoluna qoyur. (Ezra kornel)



İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər. (Napoleon Bonapart)



İradəli və səbirli insan məğlub olmaz. (Moris Meterlink)



Vaxt bütün qapıları səbirli insanların üzünə açır. (Çin atalar sözü)



Xəzinə kəşf etmək istəsən əgər,

Hər bir çətinliyə tab et, sinə gəl. (Nizami Gəncəvi)



Çox səbr lazımdır ki, səbirli olmağı  öyrənərsən. (Yakob Mixael Reynqold Lents)



Gözləməyi bacaran çox şeyə nail olar. (Henri Uodsuort Lonqfello)



Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. (Fars atalar sözü)



Səbrini başa bilməyəndən müdrik olmaz. (Yapon atalar sözü)



Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol. (Mari Fransua Arue Volter)



Hər söz üçün doğruluq, hər doğruluq üçün iş, hər iş üçün də səbr lazımdır. (Naməlum)



Səbrin mənası-üzərində dağları və insanları daşıyan torpaq kimi olmaq deməkdir. (Səriyyis Sakat)



Səbr-üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir. (Cüneyd Bağdadi)



Əsl hünər bolluq içində səbr etməkdir. (Muhəmməd Qəzzali)



Səbr acı olsa da, meyvəsi şirindir. (Aristotel)



Səbr ümid etmək sənətidir. (Lyuk de Klapye Vovenarq)



Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. Səbri olmayanlar  nə qədər də yoxsuldurlar. (Uilyam Şekspir)



Səbr ümidini təməli, ümid isə xoşbəxtliyin açarıdır. (Tomas Karleyl)



Ey insan, sebrin insanin nicat tapmaginda chox muhum rolu vardir.

Heqiqeten bendeler her iki dunyada ali mertebelere sebr ile nail olarlar.

"Ruzigarin chetinliklerinde sebr paltarini geyin ki, bu gozel sebrinle husni- aqibete nail olarsan".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!