Nərmin: Həm müasir, həm də dindar insan olmaq olarmı?

Nərmin: Həm müasir, həm də dindar insan olmaq olarmı?
Maraqlı məlumatlar
10.09.2017 23
Həm müasir, həm də dindar insan olmaq olarmı?

İslam dini gözəl olan hər şeydir, buna görə də əsl müsəlman dünyadakı bütün gözəllikləri, müasirlikləri öz üzərində daşıyır. Bu fikrim sizə qəribə gələ bilər. Çünki indiyə kimi bizə saqqallı, uzun paltar geyinən, musiqi dinləməyən, gülməyən, elmdən uzaq, qəmgin, ətirdən istifadə etməyən və s. müsəlman obrazları təqdim edilib və bunlar təqva, iman əlaməti kimi göstərilib. Yəni bu qaydalara daha çox əməl edənlər sanki daha çox dindar və müsəlmandırlar. Bir çox bilikli, ağıllı, müasir gənclər də belə obrazları görüb dindən uzaq dururlar. Belə dindar olmaqdansa, kafir və ya ateist olmağı üstün görürlər.



Halbuki bu, belə deyil. Müsəlman dünyanın ən müasir, ən gözəl geyinən, ən elmli, ən müasir insanıdır. Keyfiyyətli insan Quranda mömin simasında təqdim edilir. Hz.Adəmdən Peyğəmbərimizə (səv) qədər bütün İslam təmsilçiləri- hz.Nuh, hz.İbrahim, hz.Yaqub, hz.İsmayıl, hz.Davud, hz.Süleyman, hz.İsa kimi bütün peyğəmbərlər öz dövrlərinin ən keyfiyyətli, ən müasir, ən seçilmiş insanları olublar. Şübhəsiz ki, Allah`a olan sevgi və hörmətdən dolayı üstün ağıla sahib bütün peyğəmbərlər dövrümüzdə yaşasaydılar, yenə də dünyanın ən keyfiyyətli, ən müasir insanları olardılar.



Allah gözəldir, buna görə, gözəl olanı sevir. Gözəlliyə, müasirliyə olan istək insanın fitrətində yaradılıb. İnsan gözəl mənzərə görəndə, gözəl quş, yaxud gözəl insan görəndə mütləq dönüb ona baxır, gördüyü gözəllikdən zövq alır. Yaxud hər kəs gözəl məkanda yemək yeməyi, gözəl parkda gəzməyi çox sevir. Bütün gözəllikləri Allah`ın təcəllisi kimi görən əsl müsəlmanlar, əlbəttə ki, bu gözəlliklərdən çox zövq alır, hər gördüyü gözəlliyə görə Allah`a şükür edir, gördüyü gözəlliklər ona Cənnəti xatırladır, Cənnətə olan istəyini artırır. Allah Quranda bizə Cənnəti gözəlliklər diyarı kimi təqdim edir.



Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Quran,9/21)



Deməli, əsl müsəlman müasir insandır, vaxtının dəyərini bilən insandır. Gördüyü gözəlliklərdən zövq alan, hər tərəfdə gözəlliklər yaratmağa çalışan, dünyanı Cənnətə çevirmək istəyən insandır. Elmlə məşğul olan, hər zaman müasir texnoloji yenilikləri izləyən insandır. Əsl müsəlman böyüklərinə hörmət edən, ağıllı, dünya görüşlü, estetikadan zövq alan, gözəl sözlü, incə düşüncəli, şəfqətli insandır. Əsl müsəlman insanların problemlərinə biganə yanaşmayan, köməklik göstərən, onların xoşbəxtliyini, rahatlığını, təhlükəsizliyini hətta özündən də çox istəyən və bunu təmin etmək üçün cəhd edəndir.



Əlbəttə, bu keyfiyyətlərin sayını daha da artırmaq olar. Keyfiyyətin sərhədi yoxdur. İnsan hər gün əxlaqını, şəxsiyyətini, davranış və rəftarını daha da gözəlləşdirə bilər. Ağlını, mədəniyyətini,  elmini daha da artıra bilər. Təfəkkürünü dilədiyi qədər dərinləşdirə bilər. Bunlarla yanaşı, digər bütün xüsusiyyətlərin inkişafının, bir sözlə, keyfiyyətin sərhədi yoxdur. Şübhəsiz, hər şeyin daha gözəli, daha yaxşısı, daha üstünü var. Çünki hər şey uca Allah`ın sonsuz sifətlərinin təcəllisidir. Buna görə də Allah`ın yaratdıqları üzərindəki təcəllisinin heç bir sərhədi yoxdur.



Nərmin Kərimzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!