Nəzakət: Qadına qarşı şiddətin həlli yolu Allah sevgisidir

Nəzakət: Qadına qarşı şiddətin həlli yolu Allah sevgisidir
Maraqlı məlumatlar
10.09.2017 88
Qadına qarşı şiddətin həlli yolu Allah sevgisidir




Qadına
qarşı şiddət 21-ci əsrin ən böyük sosial problemlərindən biridir.
Beynəlxalq təşkilatlar hər il bu problemin psixoloji və mədəni
səbəblərini, cəmiyyətə təsirini və qadında meydana gətirdiyi travmaları
araşdırır. Beynəlxalq təşkilatlar qadına şiddətə qarşı hüquqi
sanksiyaları yenidən tənzimləyərək bu problemin qarşısını almağa
çalışır.
Qadına şiddətin əsas amilləri
iqtisadi böhran, həyat keyfiyyəti və təhsil səviyyəsi deyil. Son rəsmi
anket sorğuları Avropada qadına böyük şiddət tətbiq olunduğunu göstərir.




Avropa
Birliyi Əsas Hüquqlar Agentliyi (FRA) 28 Avropa ölkəsindən 18-72 yaş
arası 42000 qadınla geniş sorğu keçirmişdir. Hesabata əsasən, ən çox
şiddətin baş verdiyi ölkə 52%-lə Danimarkadır. Bu ölkədən sonra 45% ilə
Hollandiya və 44 % ilə Fransa gəlir. 28 ölkədə orta nisbət 33%-dir.
Hesabatda
verilən məlumatlara əsasən, hər 10 qadından biri 15 yaşından etibarən
cinsi şiddətə və hər 20 qadından biri təcavüzə məruz qalmışdır. Bundan
başqa, hər 5 qadından biri keçmiş və indiki ərindən şiddət görür. Bu
faktlara baxmayaraq, qadınların sadəcə 14%-i ərindən və 13%-i kənar
şəxslərdən gördükləri şiddətə görə rəsmi orqanlara müraciət etmişdir.




2011-ci
ildə ABŞ hökumətinin apardığı araşdırmalara görə, hər 4 qadından
birinin şiddətə məruz qaldığı üzə çıxmışdır. 29 milyon qadın sevgilisi
və ya əri tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Qadınlar
ərlərinin onlara boğmağa çalışdığını, döydüyünü, bıçaqladığını və
silahla vurduğunu deyirlər. ABŞ-da hər 15 dəqiqədə bir qadın təcavüzə
məruz qalır.
Araşdırmaların aparıldığı
ölkələrə baxdıqda qəribə, düşündürücü nəticə ortaya çıxır. Danimarka,
Hollandiya, Fransa və ABŞ kimi ölkələr rifah səviyyəsi çox yüksək olan
ölkələrdir. Bu isə göstərir ki, iqtisadi zənginliklə və ya sadəcə
məlumat yükləyən, lakin insanların vicdanına xitab etməyən təhsil
sistemləri ilə şiddət aradan qalxmır.




Qadına
şiddətin konkret nümunələrini sənət adamları arasında və prestijli iş
sahələrində də görmək mümkündür. Amerikalı müğənni Rihanna 2009-cu ildə
sevgilisi Kris Braun tərəfindən döyülmüşdü.
Ferra
Fosett, Uitni Hyuston, Dayan Leyn, Robin Qivens kimi sənətçilər də
məşhur həyat yoldaşları tərəfindən şiddətə məruz qalıblar. Bunlar hələ
mediaya əks olunan hadisələrdir. İngiltərədə bir həkim 2007-ci ildə
arvadını ölümcül döymüş, ancaq ətrafı tərəfindən yaxşı insan kimi
tanındığına görə hakim ona həbs cəzası verməmişdi.




Son
əsrdə olduğu kimi dövrümüzdə də qadına şiddətin əsas səbəblərini
sosioloqlar və psixoloqlar elmi cəhətdən araşdırır. Bu araşdırmalarda
kişilərin təbiəti, spirtli içki və narkotik maddədən istifadə kimi
bioloji səbəblərlə uşaqlıqda şiddətə məruz qalma və bundan törəyən
psixoloji pozuntular qadına qarşı şiddətin elmi faktları kimi irəli
sürülür. Şiddətin kişinin təbiətində olduğu, kişi üçün güc, cəsarət,
enerji mənasını verdiyi kimi çox səthi nəzəriyyələr irəli sürülür. Ancaq
şiddətin qarşısı alına bilmir…




Əlbəttə,
akademik araşdırmalar və elmi nəticələr qadına qarşı şiddətin qarşısını
almaq üçün mühüm faktlar verir. Lakin bu araşdırmaların və görülən
tədbirlərin kifayət etmədiyi aşkardır və tezislərin çoxunun yanlış
olduğunu dövrümüzdə qadına şiddətin dərəcəsindən görmək mümkündür. Gəlir
və təhsil səviyyəsinin yüksək olması qadına qarşı şiddətin qarşısını
almır və gəlir və təhsil səviyyəsinin aşağı olması da qadına qarşı
şiddətə səbəb deyil.
Həll yolu üçün
problemin əsas mənbəyini tapmaq lazımdır. İllərlə insanlara təlqin
edilən materializm və nəticədə də ortaya çıxan inancsızlıq cəmiyyətdəki
şiddətin kökündəki əsas səbəbdir. Çünki insanlar kainatın, təbiətin,
canlıların yaradanı olduğunu, hər kəsin yaşamaq hüququ olduğunu
düşünmür. Eqoist, təkəbbürlü, öz mənfəətini düşünən insanlar
kifayətlənməmə hissinə qapılmağa başlayırlar. Bu da cəmiyyətdə
vəhşicəsinə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu
artırır. Şəfqət, mərhəmət və anlayışın yerini münaqişə tutur. Haqlının
deyil, güclünün həyatda qalacağı inancı dünyanı sevgisizlik cəhənnəminə
çevirir.




Öz-mərkəzli, partlamağa hazır
bomba kimi yaşayan insan modeli, zəngin də olsa, bir neçə universitet
bitirmiş də olsa, pozulmuş təbiətindəki şiddət mədəniyyətini heç cür
tərk edə bilmir. Eqoistlik və sevgisizlik fərdləri özündən başqasına
dəyər verməməyə sövq edir. Sadəcə şəxsi mənfəət üçün birləşən qadınla
kişi zaman ərzində bir-birinə nifrət edir və nəticədə, kişiyə nisbətən
daha zərif olan qadınlar ciddi şəkildə şiddətə məruz qalır. Ən gözəl
evlər bir anda qadın üçün həbsxanaya çevrilir.




Qadın
Allah`ın dünyadakı ən gözəl təcəllisidir və çox xüsusi varlıqdır. Allah
qorxusu və Allah sevgisi olan bir insan qarşısındakı qadını Allah`ın
yaratdığını bildiyinə görə ona böyük sevgi və hörmət bəsləyər. Allah
qorxusu olan kişi qadına ən kiçik incidici söz deməz və onu bütün
imkanları ilə qoruyar.
Beynəlxalq
təşkilatlar xüsusilə əxlaqi təlimin və Allah sevgisinin üzərində
dayanmalıdırlar. Qadını incitməyin kainatı yaradan Allah`ın rizasına
uyğun olmadığı və nəticədə də Allah`ın rizasını itirmək qorxusu
insanlarda formalaşdırılmal
ıdır. Bu mövzuda məktəblərdə,
universitetlərdə seminarlar və konfranslar təşkil oluna bilər. Gənclərə
Allah`ın varlığı izah edilməli, Allah`ın şiddəti və eqoizmi haram etdiyi
vurğulanmalıdır. Sevginin, şəfqətin və mərhəmətin bütün dünyaya hakim
olması ilə qadına şiddət tamamilə aradan qalxar və qadın sevgisi bütün
dünyaya yayılar.




Nəzakət Bədirovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!