Qarda yıxılmaq istəməyənlərin nəzərinə

Qarda yıxılmaq istəməyənlərin nəzərinə
Maraqlı məlumatlar
10.09.2017 15
Yıxıldınızsa, o dəqiqə qalxmayın...



Deyirlər sabah qar yağacaq. Qarda yerimək isə çətindir. Gərək hər addımbaşı özünü yıxılmaqdan qoruyasan.



Qarın mikrobları öldürüb ətrafı bütünlüklə ağa bürüməsi ilə insanda xoşbəxtlik hormonu və adrenalin ifrazına səbəb olduğu deyiir. Evdə oturub qarı izləmək gözəldir. Ancaq işə, dərsə getməli olanlar üçün qarda gəzmək xeyli çətin olur. Bəs ayaqda qala bilmək üçün nələr edə bilərsiz?



Əgər varsa, mismarlı ayaqqabı geyinin, ya da ayaqqabının üzərindən corab geyinin.



Addımlarınızı sürətli, kiçik-kiçik atın.



Ayağınızın öncə burnu, sonra dabanı ilə yerə basın.



Qarın əzildiyi və ya üzərindən çox gedildiyi yerlərdən keçməyin.



Yeriyərkən bəzi yerlərdən dəstək alın.



Yanınızdakı dostunuzla qol-qola girməyin.



Yeriyərkən ayağınızın yerlə tam təmasını kəsməyin.



Yıxıldınızsa, o dəqiqə qalxmayın. Zərər görmüş ola bilərsiz.



Bel çantası isifadə edin. Əlləriniz boş olsun.



Şalvar yerişi əngəlləyəcək qədər gen, uzun olmamalıdır. Çalışın qalın olsun.



Paltonun çox uzun olmaması yaxşıdır.



Yıxılarkən əl və qollar dəstək rolu yerinə yetirdiyi üçün daha çox travma alar. Əl və biləyi qoruyan əlcəklər taxın.



Yeriyərkən əllərin cibdə olması müqavimətin itməsinə və başın zərbə almasına səbəb olur. Əllərinizi cibinizdən çıxarın.



Buz sallanan binaların altından keçəyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!