PUL XESTESI SUZANNA

PUL XESTESI SUZANNA
Maraqlı məlumatlar
10.09.2017 116
 
Əziz xanımlarımız,  bizlər artıq çəkidən necə qurtulmaq barədə düşünürük. Amma bizlərdən fərqli olaraq, elə bir insan vardır ki,  nəinki çəkisini azaltmaq, hətta Ginnesin Rekordlar kitabına düşmək üçün çəkisini artırır. Amerikanın Arizona əyalətində yaşayan 32 yaşlı Suzanna Eman gündə 20000 kalori qəbul edərək 730 kq olmağı qarşısına məqsəd qoymuşdur. O, dünyanın ən kök qadını olaraq Ginnesin Rekordlar kitabına düşmək üçün çalışır. Bu xanım ilin sonuna qədər 360 kq kökəlməyi düşünür. O, "Mümkün olsa, 1 tona qədər kökəlmək istərdim" açıqlamasını vermişdir. Suzanna həftədə 8 saatını sərf edərək 6 ədəd market arabası alış-veriş edir. Gününün çoxunu yeməyə həsr edən Suzanna sağlığına heç bir zərərin dəyməyəcəyinə inanır. Çəkisinin artıq olmasına görə heç bir yerdə işləməyən Suzanna hər gün gəzintiyə çıxaraq fiziki işlə məşğul olur. Həkimlər Suzannaya belə sürətlə kökəlməyinin ölümlə nəticələnəcəyini bildirsələr də, o,  sözündən dönmür və Rekordlar kitabına düşəcəyini bildirir.
Əziz xanımlar, sonda hər kəsə sağlam kökəlmək arzu edirəm. Suzannanın şəklini qoymaq istəmirdim, amma fikirləşdim ki, birdən xanımlarımızdan kimsə Suzanna kimi Rekordlar kitabına düşmək üçün 730 kq olmaq fikrinə düşər. Elə indidən özünüzü 730 kq təsvir edib qərarınızı verin =)
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!