Şizoaffektiv pozğunluq

Şizoaffektiv pozğunluq
Maraqlı məlumatlar
10.09.2017 32
Şizoaffektiv pozğunluq diaqnoz olaraq bir adama, ya da ailəyə deyildiyində olduqca təəccübləndirici bir anlayış halına gəlir. Narahat bir baxışdan sonra ümumiyyətlə eşitdiyimiz söz, "yəni
şizofreniyamı?” olar. Buna görə şizofreniya və şizoaffektiv pozğunluğun
fərqlərini açıqlamaq faydalı olardı.

Bütün dünyada edilən tədqiqatlar, şizoaffektiv pozğunluğun, ifadə
şiddəti gərəksə xəstəliyin nəticələri baxımından həm şizofreniyalı həm
də əhval pozğunluqlarından fərqli bir seyr göstərdiyini vurğulayır.
Psixiatriyada istifadə edilən və hər kəsin eyni xəstəliyə eyni adı verə
bilməsi üçün lazımlı, standartlaşdırma məqsədli inkişaf etdirilmiş
diaqnoz təlimatında,şizoaffektiv pozğunluq,psixotik pozğunluqlar qrupu
içində ayrı bir xəstəlik olaraq təyin olunmuşdur. Diaqnoz qoymaq üçün
adamın şizofreniyanın bəzi əlamətlərini və depressiya ya da mani kimi
affektiv pozğunluğun bəzi əlamətlərini bir yerdə göstərməsi
lazımdır.Məsələn,adam xəyallar görə bilər,xəyali səslər eşidə
bilər,təqib edildiyinə dair bir paranoyası ola bilər,bir tərəfdən də
zaman-zaman çöküklük,zövq ala bilməmə, yuxu pozğunluqları ilə müşahidə
olunan depressiya,ya da özünə inam artımı,ruhi və fiziki sürətlənmə,
yuxusuz olmağa baxmayaraq yorğun hiss etməmə,yüksək sürətlə danışma kimi
manik əlamətlərözünü biruzə verər.Bu vəziyyətlərdə üç diaqnoz ola
bilər.Bu çox texniki sayıla biləcək bir mövzudur ancaq internet çağı ilə
birlikdə ailələrin və xəstələrimizin axtarışı,informasiya səviyyəsi
diqqətə çarpan artmışdır.Sağlam və aydın məlumata çatmaq bəzən çətin
olur,bu səbəblə qısaca toxunmaq uyğun olacaq.Bir adamda bəhs etdiyim
üzrə psixotik əlamətlər və depressiya əlamətləri bir yerdə görülürsə üç
diaqnoz ağla gəlir,hər üçünün də gedişatı və müalicə prosesləri
bir-birindən fərqlidir.
Birincisi şizofreniya və ikinci diaqnoz olaraq depressiya yaşana
bilər. Bu ən pis gedişatlı formadır. Ortada iki müxtəlif diaqnoz vardır.
Depressiya əlamətləri ortadan qalxdıqda da psixotik əlamətlər eniş
çıxışlarla davam edəcək.
İkinci ehtimal, psixotik xüsusiyyətli depressiyadır. Tək diaqnoz
vardır, depressiya. Ancaq bu, depressiya içində şübhələr, xəyali səslər
kimi psixotik əlamətlər saxlayan bir depressiyadır. Ən yaxşı gedişatlı
qrupdur. Depressiyanın müalicəsi ilə psixotik əlamətlər də ortadan
itəcək. Göstəricilər bir-birinin üstündə ortaya çıxmışdır. Yəni adamın
psixotik əlaməti həmişə depressiv hücum əsnasında meydana çıxar.
 
Üçüncü qrup isə şizoaffektiv pozğunluqdur.Yenə ortada tək diaqnoz
var.Klinik gedişat şizofreniyaya görə daha yaxşı, depressiyaya görə daha
ağırdır. Adamın depressiya (və ya manik) əlamətləri xəstəliyin
müddətində,zaman olaraq əhəmiyyətli yer tutur, təkrarlayıcı olur. Ancaq
əhəmiyyətli olan depressiya ya da maniya kimi əhval əlamətləri olmadan
da ən az iki həftə müddət ilə adamın psixotik əlamət göstərməsidir.
Məsələn, bir adam 3 ildir davamlı psixotik əlamət göstərir, bu üç il
ərzində də bir dəfə altı ay depressiya keçirmişsə, diaqnoz böyük
ehtimalla şizofreniya və depressiya olarkən adam üç il ərzində üç dəfə
depressiya atakı, bir dəfə də maniya atakı keçirmiş, bu atakların
xaricindəki zamanların əhəmiyyətli qismində də psixotik əlamət
görülübsə,diaqnoz şizoaffektiv pozğunluq olar.
Şizoaffektiv pozğunluğu tamamilə ortadan qaldıran bir müalicə forması
yoxdur. Amma əlamətlər müvəffəqiyyətli şəkildə idarə oluna bilər.
Şizoaffektiv pozğunluq əlamətləri insandan-insana böyük miqyasda dəyişə
bilər və yüngül və ya şiddətli ola bilər.Ən çox müşahidə olunan
şizoaffektiv pozğunluq əlamətləri bunlardır:
Depressiya dövrü:

İştahsızlıq
Çəki itkisi və kilo alma
Yuxu vərdişlərində dəyişikliklər (çox az və ya çox yatmaq)
Təşviqat (həddindən artıq narahatlıq)
Enerji əskikliyi
Adi fəaliyyətlərə qarşı maraq itkisi
Dəyərsizlik və ya ümidsizlik duyğuları
Günahkarlıq düşüncələri
Düşünə bilməmək və ya konsentrə ola bilməmə
Ölüm və ya intihar düşüncələri

Maniya dövrü:

Biznes və sosial fəaliyyət də daxil olmaqla artmış fəaliyyət
Artan və ya sürətli danışma
Sürətli,bir-biri ilə yarışan düşüncələr
Yuxu ehtiyacında azalma
Mənlik hörmətindən şişmədiqqət dağınıqlığı
Zərər verici və riskli davranış (məsələn,həddindən artıq xərcləmə,sürətli avtomobil istifadə etmə)

Psixotik əlamətlər:

Sayıqlamalar (gerçəyə söykənməyən və əksinə isbat edilsə belə israr edilən qəribə inanclar)
Hallüsinasiyalar (məsələn,səslər eşitmə kimi gerçək olmayan hisslər)
Düşüncələrin sıralı olmaması
Qeyri-adi davranışlar
Yavaş hərəkətlər
Üz ifadəsi və danışmada duyğu əskikliyi
Səhv motivasiya
Danışma və ünsiyyət problemləri

Psixoz əlamətləri hər kəsdə dəyişik şəkillərdə görülər və bu məzmunda
psixotik bir xəstəliyə müəyyən bir ad vermək ya da etiketləmək erkən
mərhələlərdə hər zaman faydalı deyil.Bununla birlikdə,bir adamda psixoz
əlamətləri görüldüyündə ümumiyyətlə,müəyyən bir psixotik xəstəlik
diaqnozu qoyular.
Diaqnoz,bir xəstəliyin adamın göstərdiyi simptomlara görə təyin
olunmasıdır.Diaqnoz,xəstəliyin səbəblərinə və ifadə nə qədər sürdüyünə
bağlı olaraq qoyulur.Bir adamda psikoz əlamətləri ilk dəfə görüləndə,bu
mərhələdə xəstəliyi təyin bir çox faktorun hələ dəqiq olmaması
səbəbiylə,nə cür bir psixotik pozğunluq olduğu diaqnozunu qoymaq
xüsusilə çətindir.


Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!