Mənimdir deməyin Mənimlədir deyin...

Mənimdir deməyin Mənimlədir deyin...
Maraqlı məlumatlar
10.09.2017 8
Mənimdir deməyin Mənimlədir deyin...

Sizə kiçik bir həyat dərsi vermək istəyərdim.

Gündəlik həyatda ən çox istifadə etdiyimiz sözlər vardər! MƏNİMDİR deyə...

Bu torpaqlar, bu maşın, bu vertu, bu qız, bu həyat, bu qızıl, bu sevinc, bu gözəllik və bu xoşbəxtlik MƏNİMDİR!

Bu həyatda hər zaman mənimdi deyə böyüdük amma mənimdir sözününü mənasını bilmədik.

Həyatda heç bir şey sizin deyil əzizlərim!

Dünyanın yarısına sahib olan İsgəndər özü ilə nə apara bildimiki? oda hər şey mənimdir deyirdi. Oda bütün dünyaya mənimsən deyirdi. Amma öləndən sonra bir ovuc torpaq belə apata bilmədi.

Bu yazını yazmaqda məqsəd sizə mənim olmayanları anlatmaq deyil... əslində mənim olanları anlatmaqdır.

Kimsə öldükdən sonra özü ulə hecnə apara bilmir.

Bu gözəllik, bu maşın, bu qızıllar hamısı bu dünyada qalanlardır.

Siz əsl özünüzlə apara biləcəklərinizi düşünün. Günahlarınızı və yaxşılıqlarınızı!

Bu həyat boyu önəmli olan əldə etdiyin var-dövlət, şan-şöhrət deyil qazandığın hörmət, sevgi və insanlıqdır. Yaxşılıqlarındır! Pisliklərindir!

Daha bəsdir pul üçün çalışdınız!

Daha bəsdir ən bahalı maşınları, telefonları aldınız!

Daha bəsdir nə gözəl ev mənim olsun deyə rəqabət apardığınız!

Daha bəsdir ən gözəl paltarımla seçilim dediyiniz!

Daha bəsdir MSN-də 10-15 oğlanla danışdığınız!

Daha bəsdir sevdiyiniz qız(oğlan) üçün özünüzü öldürdüyünüz!

Daha bəsdir günahlara qərq olduğunuz!

İnanın bunlar sizə qalmayacaq!

Bu səbəbdən Həyatda heç nəyə mənimdir deməyin, Mənimlədir - Yanımdadır deyin!

Çünki özünüzlə apara biləcəyiniz tək şey günah və savablarınızdır!

O zaman niyə Mənimdir deyə biləcəyimiz şeylərə görə yaşamırıq?

Niyə özümüzlə apara biləcəyimiz şeyləri düşünüb onlara can atmırıq?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!