Kişilər bu xəbəri heç oxumasın

Kişilər bu xəbəri heç oxumasın
Maraqlı məlumatlar
10.09.2017 36
Daha bir stereotipin sonu
Az qala dünyanın yaranışından mövcud olan bir stereotip var: "Qadınlar özlərinə çox vaxt ayırırlar, gec bəzənirlər, kişilər həmişə onları gözləmək məcburiyyətində qalırlar". Ancaq dünyamızın dəyişməsi ilə stereotiplər də dəyişməyə, hətta demək olar ki, yıxılmağa başlayıb.
Kişilər, kişilər...Dünyaca məşhur otellər zənciri olan "Travelodge" üçün aparılan araşdırmada məlum olub ki, kişilərin hazırlanmağı qadınlardan 6 dəqiqə daha çoxdur.
İngilis araşdırmaçılarının qənaətinə görə, kişilər çimmək, təraş olmaq, üz baxımı, saçlara forma vermək və nəhayət, geyim seçmək üçün hər gün 81 dəqiqə vaxt sərf edirlər.Halbuki qadınların üz və saç baxımı, geyim seçimi və makiyajlarını tamamlaması 75 dəqiqə çəkir. Bundan başqa, kişilərin hamamda sərf etdikləri vaxt 23 dəqiqə, qadınlarınsa 22 dəqiqədir. Kişilərin təraş olmaları isə nə az, nə çox düz 18 dəqiqə vaxt alır. Onların üz baxımı da qadınlarınkından bir dəqiqə çox olmaqla 10 dəqiqə çəkir. Hələ bunlar azmış kimi geyim mövzusunda da qarşı cinsin nümayəndələri qadınları qabaqlaya bilib. Qadınların hansı paltarı geyinmələrinə qərar verməsi 10 dəqiqədirsə, kişilərdə bu 13 dəqiqədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!