Şirin yuxudan oyanmaq istəmirsiniz?

Şirin yuxudan oyanmaq istəmirsiniz?
Maraqlı məlumatlar
10.09.2017 8
Elə ki, havalar soyuyur, özümüzdən asılı olmayaraq yuxuya ehtiyacımız artır. Axı kim istəməz ki, isti yataqda doyunca yatsın? Amma durmaq məcburiyyətində olanları nəzərə alaraq, onlara bir neçə tövsiyyəmiz olacaq.

İş günləri erkən oyananlar, xəbəri diqqətlə oxuyun. Yüksək əhvalda oyanmanız üçün nələri etməlisiniz?



1) İlk əvvəl qaranlıqdan uzaq olun!

Səhər oyandıqda hava hələ də qaranlıqdırsa, otağınıza "günəşi" özünüz gətirin. Bunun üçün gecə lampası köməyinizə çatacaq. Gözünüzü açan kimi lampanı yandırın.



2) Duş alın!

Oyanmaq üçün ən ideal vasitələrdən biri də duş almaqdır. Çox yorğun halınızda belə 15 dəqiqəlik duş sizi gümrah edə biləcək.



3) Səhər bir qurtum su için!

Səhər oyanan kimi bir qurtum su için, bu həm də maddələr mübadiləsini tezləşdirir.



4) Gecə də su içib yatın!

Eyni şeyi tam tərsi olaraq da işlədə bilərsiniz. Yatmazdan əvvəl bir stəkan su içmək, sizi zəngli saat çalmadan belə oyandıra bilər.



5) Dəyişik bir zaman seçin!

Zəngli saatı oyanacağınız vaxtdan bir qədər əvvələ qoyun. Beləliklə, daha erkən oyanacaq və özünüzə də daha çox vaxt ayırmış olacaqsınız. Hətta axşamdan əlinizdə yuxuya getdiyiniz kitabdan bir neçə səhifə də oxuya bilər, ya da gözəl bir səhər yeməyi hazırlamaq imkanı əldə edərsiniz.

Səhər oyanan kimi bir qurtum su için, bu həm də maddələr mübadiləsini tezləşdirir.



6) Gecə də su içib yatın!

Eyni şeyi tam tərsi olaraq da işlədə bilərsiniz. Yatmazdan əvvəl bir stəkan su içmək, sizi zəngli saat çalmadan belə oyandıra bilər.



7) Dəyişik bir zaman seçin!

Zəngli saatı oyanacağınız vaxtdan bir qədər əvvələ qoyun. Beləliklə, daha erkən oyanacaq və özünüzə də daha çox vaxt ayırmış olacaqsınız. Hətta axşamdan əlinizdə yuxuya getdiyiniz kitabdan bir neçə səhifə də oxuya bilər, ya da gözəl bir səhər yeməyi hazırlamaq imkanı əldə edərsiniz.



8) Özünüzə güvənin!

Oyanacağınız vaxtdan yarım saat tez qalxdınız? Qəti olaraq təkrar yatmağı düşünməyin! Yatsanız, zəngli saatın səsini eşitməyəcəyiniz dərəcədə dərin yuxuya gedə bilərsiniz. Yataqdan qalxın və bir neçə yüngül hərəkətlə bədəninizi oyandırın, bu əhvalınızın da xoş olmasına səbəb olacaq.



9) Qəhvə hazırlayın!

Bir çox insanlar səhərlər qəhvə içməsələr özlərinə gələ bilmirlər. Sizdə də bu xasiyyət varsa, o zaman günə qəhvə içməklə başlayın.



10) Gün ərzində görəcəyiniz işlərin planını qurun!

Bir planınız, vacib işiniz yoxdursa, səhər yuxudan oyanmağa tənbəllik edəcəksiniz. Elə isə axşam yatağa girməzdən əvvəl növbəti gününüzün qrafikini qurun. Belə olduğu halda oyanan kimi yataqdan qalxıb işlərinizi çatdırmaq üçün tələsəcəksiniz.



11) Zəngli saatı uzağa qoyun!

Səhərlər oyanmağın ən asan yollarından biri də zəngli saatı yataqdan uzağa qoymaqdır. Zəngli saat çalarkən, nə də olsa onu dayandırmaq üçün yataqdan qalxmanız lazım gələcək. Bu da artıq oyandınız deməkdir.



12) Yuxu nizamını alışqanlıq halına gətirin!

Yatağa davamlı olaraq eyni saatda girmək və səhər eyni saatda qalxmaq, orqanizmin yükünü azaltmağa yardımcı olur. Bu həftə sonları üçün də keçərli sayılır. Həftə sonları yuxu nizamınızı pozsanız, orqanizmdə bir qarışıqlıq yaranar. Yatmaqmı lazım gəldiyini, yoxsa oyanmaqmı, bunları doğru nizamlaya bilməz.

 

Çox yatmaq orqanizm üçün bir çox problemlər yaradır. Tənbəliyi atın bir kənara, erkən oyanın, doğmalarınızla birgə, bax belə bir masa ərafında səhər yeməyi yeyin. Bilirsiniz ki, səhər yeməyini qüvvətli yemək orqanizm üçün çox faydalıdır. Elə isə, həm sağlamlıq üçün, həm də əhvalınızın şən olması üçün niyə erkən oyanmayasınız?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!