Yarasalar korların "gözünü açır"

Yarasalar korların
Maraqlı məlumatlar
10.09.2017 23
Eriott-Vatt Universitetinin əməkdaşı Devid Bakinqem sübut edib ki, exolokasiyadan istifadə edən insanlar əşyaların qabariti barədə aktual informasiya almağa qadirdirlər.



Prinsipcə, görmədən məhrum olan bəzi insanlar ətraf mühiti qavramaq üçün exolokasiyadan istifadə edirlər. bunun üçün onlar çırtıq çalır, yaxıd dillərini nırçıldadırlar. Alınan səslər xarakteristikasından asılı olaraq obyektlərdən xüsusi tərzdə əks olunur.



Təcrübədə 3 qrup insan iştirak edib - exolokasiyadan istifadə edən korlar, bu metoddan istifadə etməyən korlar və görmə qabiliyyəti olanlar (kontrol qrup). İnsanlar çəkisi eyni, lakin ölçüləri fərqli olan 3 kubu dəyərləndirməli idilər.



Nəticədə ikinci qrup kubları daha doğru dəyərləndirib. Çünki buradakı adamlar onları əlləri ilə yoxlayıblar.

Kubların həcmi barədə onlar heç nə bilməyiblər.



Üçüncü qrup "ölçü-çəki illüziyası" effektindən istifadə edib. Bu qrupdakıların fikrincə, balaca klubların çəkisi daha ağır olub.

Eyni illüziya elə birinci qrupda da yaranıb. Yəni exolokasiya görmə - qiymətləndirmə vasitəsi olub. Məlumdur ki, exolokasiya beynin görmə ilə bağlı sahələrini hərəkətə gətirir. Bu səbəbdən metodun effektivliyi sübut olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!