Ölüm və dəfn mərəsiminin xüsusiyyətləri, keçirilmə adət-ənənələri

Ölüm və dəfn mərəsiminin xüsusiyyətləri, keçirilmə adət-ənənələri
Maraqlı məlumatlar
10.09.2017 10
Ölüm yatağında olan kişi və ya qadın, qoca və ya cavan olmasında asılı olmayaraq can verən zamann üzü qibləyə tərəf uzadılmalıdır.

Can verən adamın yanında tək qadın qalmalıdır. Onun yanında həddindən artıq bərkdən ağlamaq və ya ucadan danışmaq olmaz. Öləni otaqda tək qoymaq olmaz.

İnsan vəfat edəndən sonra onun gözlərini, ağzını yumur, çənəsini bağlayır, əllərini və ayaqlarını düz uzadırlar ki, meyit eybəcər vəziyyətə düşməsin. Sonra onun üzünü ağ parça ilə örtürlər. Əgər ölüm gecə baş veribsə, onun yanına şam yandırıb qoyurlar. Əgər hamilə qadın ölərsə, onda onun sol böyrünü yarıb uşağı çıxarır və təzədən tikirlər.

Adətən - ənənəyə görə insan öləndən sonra meyit dərhal yuyulmalı və pak olmalıdır. Sonra həyatda od qalanır və kişilər bu odun ətrafında dövrələmə əyləşirlər. Dövrədə əyləşənlərin sayı tək olmalıdır. Dövrədə əyləşən zaman əgər küçədən yad bir adam keçərsə, yaxud dövrəyə gələrsə onda fatihə oxunur.

Lakin qeyd etmək lazımdır ki, son zamanlar meyiti ölən kimi yox, evdən çıxarıb aparana yaxın yuyub pak edirlər ki, bu da adət ənənəyə ziddir. Çünki insan öləndən sonra bu dünyadan gedir "axirət” dünyasına. "Axirət” dünyası isü əbədə və ən təmiz dünyadır. Deməli, fatihə oxunanda təmiz meyitə oxunmalıdır.

Ölən insanı paltarsız kəfənə bükürlər. Kəfən ağ kətandan və ya çitdən hazırlanır, üç hissədən ibarətdir 1: bədənin aşağı hissəsini bükmək üçün parça kəsiyi, 2: köynək, 3: Mərhumu başdan - ayağadək bürüyən parça. Kəfən mütləq taxta iynəyinən tikilməlidir. Vəfat etmiş arvad üçün əri, vəfat etmiş kişi üçün isə arvadı; yaxud da onun qohumları və ya övladları kəfən hazırlamalıdırlar.

Meyit həmin gün aparılmalıdır, daha doğrusu adam ölən günü dəfn edilməlidir. Buna heç də həmişə əməl olunmur. Meyiti bəzən iki – üç gün saxlayır və gözləyirlər ki, bütün qohum - əqrabası yığılsın, sonra dəfn olunsun. Lakin bu düzgün deyildir.

Meyiti evdən çıxararkən birbaşa qaldırıb aparmaq olmaz. Mafəni üç dəfə yerə qoyub götürürlər. Meyiti apararkən nə dönüb geri baxmaq olmaz, nə də ki, ətrafa. Yaxud da yarı yoldan dönüb geri qayıtmaq olmaz. Yalnız düz qabağa baxmalı və səssiz – səmirsiz gedilməlidir. Qadın xaylağı meyiti aparanda qəbirstanlığa getməməlidir. Ancaq sonradan ölənin qəbrini yad etməyə gedə bilərlər.

Qəbirstanlığa çatanda meyiti bir – başa qəbrə endirmillər. Qəbirstanlığa çatanda meyiti bir yerə qoymaq üçün qəbrdən bir metr kənarda yer düzəldilir. Cənazə olan mafə ora qoyulur və mərhumun başı üstündə cənazə namazı qılınır. Əgər ölən kişidirsə, mərhumun başı üstündə dua oxuyan cənazəyə yaxın, yox, əgər ölən qadındırsa ondan bir qədər aralı durur. Dua oxunmamış, cənazə namazı qılınmamış meyiti basdırmaq düzgün hesab olunmur.

Əgər altı çatmış uşaq ölmüşsı, namaz qılmaq məcburidir. Lakin altı yaşına çatmamış uşaq üçün namaz qılmamaq da olar.

Ölən öz əcəli ilə deyil, qəsd edib özünü öldürmüşdürsə, ona da ölü namazı düşmür. Ölü namazın qılmazdan əvvəl molla sağ əlini mərhumun sağ çiyninə, sol əlini sol çiyninə qoyub meyiti bər – bərk silkələyir və onun qulağına üç dəfə bu sözləri təkrar edir. "Eşit, bil və agah ol, ya filankəs (adını çəkir)”. Sonra dua oxumağa başlayır.

Qadın qəbri kişi qəbrindən bir qədər dərin olur.

Adət - ənənyə görə azərbaycanlıları tabutda dəfn etməzlər, lakin bəzi hallarda bədəni parçalanmış və ya çürünməkdə olan meyiti tapılmış) adamları tabutda basdırmaq olar. Amma bütün hallarda müsəlman kəfənə tutulur, paltarsız və kənar əşyalar olmadan üzü qibləyə basdırılır.

Meyiti qəbrə endirməmişdən qabaq, cənazə olan mafəni üç dəfə yerə qoyub götürürlər. Yalnız bundan sonra onu məzara endirirlər. Əgər ölən kişidirsə, mafəni üçüncü dəfə yerə qoyanda mərhumun başı qibləyə tərəf olmalıdır. Kişini qəbrə onun enli tərəfindən endirirlər. Qadını isə üzü qibləyə tərəf qoyur və dərhal qəbrə endirirlər. Doörudur, indi buna əməl olunmur, lakin əslində cənazə qəbrə endirilərkən onu yerləşdirmək üçün qəbrə enən adam başıaçıq və ayaqqabısız olmalıdır. Həmin adam qəbirdən mərhumun ayaq tərəfindən çıxmalıdır. O, hamıdan qabaq qəbirə bir ovuc torpaq atıb deyir. "Biz hamımız Allaha məxsusuq və onun yanına qayıdırıq”. Qəbrə torpaq atanda yalnız tək sayda atılır. Qəbirin üstünə yığılan torpaq səviyyəsindən dörd – beş barmaq hündürlükdə olmalıdır. Qəbrin üstü torpaqla örtüldükdən sonra, qəbrin üstünə su töküb yeddi dəfə ovucla torpaq atıb dua oxuyurlar.

Bütün bunlardan sonra ölən adamın yaxın qohum - əqrabası sıra ilə cərgəyə düzülür və bütün qəbirstanlıqda olan adamlar onlara başsağlığı verirlər. Başsağlığı verərkən bu cümlələri deyirlər: "Allah öləninizə rəhmət eləsin. Geridə qalanları gözə görünməz qəzadan – bəladan saxlasın. Allah onların canını sağ eləsin”. Qayıdım evə gəlirlər. Həmin gecə quran oxuyur və fatihə verirlər. Sonra yemək yeyir, çay içir, öləni yad edir, ev yiyəsinə ürək dirək verir və dağılışırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!