Xalq artistimiz Məmmədbağır Bağırzadənin həyatı haqqında

Xalq artistimiz Məmmədbağır Bağırzadənin həyatı haqqında
Maraqlı məlumatlar
10.09.2017 254
 Məmmədbağır Bağırzadə opera səhnəsində nə Məcnunu oynadı,nə
Kərəmi,nə də Qəribi.Amma ifa elədiyi mahnılarda Məcnun kimi səhralara
düşdü,Kərəm kimi alışıb yandı,Qərib kimi Şahsənəmin eşqilə haqq aşiqinə
çevrildi.Oxuya-oxuya yaşadı,yaşaya-yaşaya oxudu Məmmədbağır.Həm də
oxuya- oxuya dinləyiciləri də yaşatdı.Xasiyəti mülayim olan
Məmmədbağırın ifası da mülayim,yatımlı,qəlbləri oxşayan idi.Elə ölümlə
də mülayim davrandı.Çarpışmadan -nə özünü nə ölümü,nə də ətrafdakı
inanları,doğmalarını incitmədən sanki yuxuya gedirmiş kimi sakitcə köç
edib getdi Tanrı dərgahına,


    
Məmmədbağır Bağırzadə xanəndə idi,əsil xanəndə.Neçə-neçə ustad
sənətkarların qiymətləndirdiyi ustad xanəndə.Muğamlarımızı,xalq
mahnılarımızı,bəstəkar mahnılarını elə şövqlə,elə obrazla ifa edirdi
ki...Məmmədbağır özü həm də gözəl bəstəkar və şair idi.Özünün
bəsdələdiyi mahnılar da sevilir,dillər əzbəri olurdu..Məmmədbağıa
Bağırzadə Allah təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki,səhnəyə
gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da
populyarlığını itirmədi.


 
Məmmədbağır Bağırzadəni Allah da sevdi,dövlət də, xalq da.Allahın
sevgisi göz qabağındadır.Məmmədbağıra sevilmək üçün insanlara məxsus
olan bütün nəcib və gözəl xüsusiyyətlərin hamısını vermişdi.Boy-buxun
da,gözəllik də,sənət də,mədəniyyət də,kübarlara məxsus etik və estetik
manera tərzi də,Və bir də Allah təala Məmmədbağırı öz yanına tez
aparmaqla ona olan sevgisini bir daha izhar elədi.Allah təala da istəyir
ki,yanında gözəl insanlar,nəcib insanlar,sevimli insanlar və bir də
isdedadlı sənətkarlar olsun---Məmmədbağır Bağırzadə kimi,Səxavət
Məmmədov kimi,Sədi Məmmədov kimi.Dövlət öz sevgisini verdiyi fəxri
adlarla,mükafatlarla bəyan elədi Məmmədbağır Bağırzadəyə.Xalq isə
sevdiyini yaşatmağı bacarır.Məmmədbağırın dəfninə o qədər insan
yığılmışdı ki,mən SSRİ xalq artisti Rəşid Behbudovun dəfnindən sonra
belə izdiham görməmişdim.
 
Məmmədbağır Bağırzadənin doğma kəndi  Nardaran və Nardaranlılar da
ona olan sevgilərini bir başqa cür büruzə verdilər.Dövlət tərəfindən
Məmmədbağırın layiq olduğu Fəxri xiyabanda ona yer ayrılsa da
həmkəndliləri inad və əzm nümayiş elətdirərək Məmmədbağırı öz doğma
kəndlərindəki qəbirstanlıqda əcdadlarının uyuduğu bir yerdə torpağa
tapşırdılar..


 Hə,1950-ci ilin iyul ayının 22-də Nardaranda dünyaya göz
açan,1970-ci illərin əvvəlində peşakar səhnəyə gələn və gəldiyi gündən
də sevilə-sevilə ürəkləri fəth eləyən respubilkanın xalq artisti
Məmmədbağır Bağırzadə 2005-ci ilin oktyabır ayının 30-da milyonlarla
insanın ürəyinin başında ruhən bərqərar olaraq,cismən səssiz-səmirsiz
Tanrı dərgahına köçdü.Allah rəhmət eləsin.Məkanı cənnət olsun...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!