İnkluziv təhsil nədir?

İnkluziv təhsil nədir?
Maraqlı məlumatlar
10.09.2017 193
İnkluziv təhsil-əqli və ya fiziki cəhətdən zəif uşaqlara məktəbəqədər və ümumtəhsil müəsisələrində təhsil almaq imkanı verən inteqrativ prosesdir.İnkluziv təhsilin köməyi ilə xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud)uşaqların təhsil sistemində ,yerli icmalarda xüsusi dəstək xidmətləri göstərilməklə yaşıdları ilə birlikdə oynamalarına ,təhsil almalarına ,inkişaf etmələrinə şərait yaradır.



Proqramın vəzifələri

1.Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrini maarifləndirməklə onların cəmiyyətin bir üzvü olmasını dərk etdirmək;

2.Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilində sistemli şəkildə dəyişikliklərin aparılmasını stimullaşdırmaq;

3.İctimaiyyəti ,valideyinləri bu sahədə fəal iştiraka ,onları uşaqların təhsil ehtiyaclarının təmin edilməsinə cəlb etmək;

4.İmkansız ailələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqları təhsillə əhatə etmək;

5.Xüsusi qayğıya ehtiyacı olan uşaqlara öz normal yaşıdları ilə təhsil almağa imkan vermək.

 

Hansı xəstəliklər keçirən uşaqlar inkluziv təhsilli qruplara müraciət edir?

Tibbi müayinədən keçmiş "Yüngül və orta əqli çatışmazlıq"dərəcəli,"Dislaliya","Beyin iflici qalığı","Talassemiya","Nitq pozğunluğu","Psixi inkişafın ləngiməsi","Zəif eşitmə və zəifgörmə,hemofiliya,hərəkət məhdudluğu olan,anadangəlmə qüsurlu və.s.xəstəlikli uşaqlar "İnkluziv təhsil"li

qruplara və ya ibtidai siniflərə qəbul ediləbilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!