Təyyar Bayramovun həyatı haqqında

Təyyar Bayramovun həyatı haqqında
Maraqlı məlumatlar
10.09.2017 21
Təyyar Bayramov nələrdən keçib səhnəyə gəlib gəlin birlikdə örgənəyin.

Atası Allahverdi şəhid olanda Təyyarın on altı yaşı vardı.Dörd uşaqlı ailənin ağır günləri başladı.Hələ bu azmış kimi az sonra Ağdam işğal olundu.Qaçqınlıq,özgə qapıları,ehtiyac...Ancaq gənc Təyyar qürurunu saxladı,heç kəsin qarşısında əyilmədi.Anasının və üç bacısının qayğısına qaldı.Özünü oda közə vurdu.Dərslərini də oxudu və Naxçıvan özəl üniversitetin hüquq fakültəsinə daxil oldu.1998-ci ildə oranı bitirdikdən sonra bir müddət Xocalı rayon məhkəməsində işlədi.Ancaq uşaqlıqdan bulaq kimi içində qaynayan bir səs onu rahat buraxmırdı.Bu səs dəli dalğalar kimi şahə qalxmaq, qabağına keçəni yuyub aparmaq,sıldırıml qayalara çırpılıb gurulti-nərilti qoparmaq isdəyirdi.şAmma zaman və şəraitonu sıxırdı.Bütün sıxıntılara,ehtiyaclara,gərginliklərə baxmayaraq bu səs çırpınırdı,qəfəsdəki quş kimi,zəncirdəki şir kimi,buxovdakı at kimi çıröınırdı.

 

1999-vu ildə Təyyar hərbi xidmətə gedir.Bir il vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdi.Elə ilk dəfə tamaşaçı qarşısında çıxışı da onda oldu.Əsgərlər qarşısında utana-utana sıxıla-sıxıla bir mahnı oxudu və ona elə gəldi ki,oxuyan özü deyil,başqa adamdır.Çünki içindəki səmalara oan atan qartal-misallı səs elə bil hem oyanmadı da.

 

2003-cü ildə respubilkanın xalq artisti Mənsum İbrahimov Təyyarın ifasını dinlədi,çox bəyəndi və onu Asəf Zeynallı adına orta ixtisas`musiqi məktəbinə gətirdi.Təyyar Bayramovu birbaşa həmin məktəbin 3-cu kursuna qəbul etdilər.Müəllimi Mənsum İbarhimovun qayğısıyla Təyyar az bir zamanda tanınmağa başladı.Həmin ilin sentyabr ayının 11-də ilk dəfə televiziya ekranlarında görünən Təyyar Koroğlu kimi nərə çəkdi,ərşi-kürşü lərzəyə saldı.Artıq bu səs utanan,sıxılan,çəkinən bir səs deyildi.Bu səs qəfəsi dağıtmış,buxovları,zəncirləri qırıb atmış,azadlıqda,əngin səmalarda cövlan edən,meydan sulayan bir səs idi.Bu səsin qarşısında tab gətirmək,dözüb durmaq çətin məsələ idi.Bu səs adamı sabaha səsləyirdi,bu səs adamı Qarabağa döyüşə çağırırdı,busəs adamı sevməyə,sevilməyə həvəsləndirirdi.Bu səsdə yanğı vardı,insanın ürəyinə od salam mənəvi bir yanğı.

 

200-ci ildə Təyyar Bayramov ***Speys***telekanalının Ü.Hacıbəyovun 120 illik yubileyi münasibəti ilə keçirdiyi muğam müsabiqəsində iştirak etdi və müsabiqənin bütün mərhələlərində birinci olaraq tamaşaçıları heyran qoydu.Sonda müsabiqənin şəriksiz qalibi olan Təyyar Bayramov həmin müsabiqənin sonunda artıq muğamsevənlərin sevimlisinə çevrilmişdi.Şirin,məlahətli səsi,özünəməxsus ifa tərzi,səhnə mədəniyyəti,ədəb-ərkanı,üzündəki abır-həya,boy-buxunundakı məğrurluq yadda qaldı,sevildi.

 

Bu müsabiqədə böyük uğur və rəğbət qazanan gənc xanəndə qazandığı müvəffəqiyətlərlə kifayətlənmədi,təhsilini davam etdirmək qərarına həldi.2006-cı ildə sənədlərini Ü.Hacıbəyov adına Milli Konservatoriyaya təqdim etdi və2-ci kursa qəbul olundu.Elə həmin ildə M.F.Axundov adına Milli Opera və Balet teatrına dəvət aldı.Böyük səs imkanı peşakar səviyədə ifaçlıq tərzi,muğamları yerli-yerində ustalıqla oxuması,xarici görkəmi və səhnə mədəniyyətinə görə ona məsuliyyətli rollar tapşırıldı.***Leyli və Məcnun ***da İbn Səlam,**Şah İsmayıl**da Şah İsmayıl.

 

Bu gün kifayət qədər tanınan və sevilən Təyyar Bayramov öz üzərində durmadan yorulmadan çalışır.Ustad sənətçiləri dinləyir,ifasını daha da püxtələşdirmək üçün əlindən gələni edir.Hamı onun gələcəyinə böyük ümid və inamla baxı.Təyyar Bayramov ailəlidir.Bir oğlu və bir qızı var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!