Xəttə görə xasiyyət necə müəyyən edilir?

Xəttə görə xasiyyət necə müəyyən edilir?
Maraqlı məlumatlar
10.09.2017 25
Qrafologiya istənilən şəxsin yazısını analiz edərək onun xarakteri, eyni zamanda xarici görünüşü haqqında məlumat verən psixodiaqnostik bir elm sahəsidir. Qrafologiya dəqiq elm deyil, emperik biliklərə və xüsusi eksperimentlərə söykənərək formalaşıb. Yazının analizi müxtəlif metodlarla aparılsa da, burada qrafoloqun həssaslığı çox vacibdir.



Qrafoloji analizdə insanın temperamenti, xarakteri, yazı yazdığı zaman psixo-fizioloji vəziyyəti haqqında, sosial mövqeyi haqqında və yazdığına münasibəti haqqında məlumatları əldə etmək olar.



Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, əgər şəxs yazarkən qələmi bərk basırsa, deməli, ünsiyyətcil adamdır. Belə insanlar məqsədyönlü, enerjili və zəhmətkeş olurlar. Əgər şəxsə yazdığının mövzusu maraqlıdırsa, o, emosiyaların təsiri altında qələmi bərk sıxaraq və basaraq yazacaq. Qələmi yüngülcə basanlar isə romantik olurlar.



L.Əhmədova qeyd edib ki, xəttin düz istiqamətdə yazılması həmin adamın adekvat, səliqəli, həqiqətən öz imkanlarını qiymətləndirmək bacarığına malik bir şəxs olduğunu göstərir: "Xəttin yuxarı istiqamətdə yazılması həmin şəxsin özü haqqında yüksək fikirdə olduğuna işarə edir. O, həm də nikbin ruhlu insandır. Xəttin aşağı istiqamətdə yazılması isə pessimistlər üçün səciyyəvidir. Belə insanlarda özünü qiymətləndirmə aşağı səviyyədir. "Dalğayabənzər" xətlər isə avantürizmə meyllilik, yalan danışma məharəti ilə xarakterizə olunur. Səliqəsiz xətt əhval-ruhiyyənin daimi dəyişkənliyini vurğulayır".

Xətdə boşluqların solda buraxılması müəllifin ehtiyatlı, hətta xırdaçı olmasını büruzə verir. Belə ki, solda sahə daraldıqca, xəsislik xarakteri artır. Geniş sahələr aktiv və geniş ürəkli adamlar tərəfindən buraxılır. Sahələrin çox geniş olması alicənablığa, pafosa, dəbdəbəyə işarədir.

Psixoloq bildirib ki, xətdə hərflərin ölçüsü də vacibdir. Böyük hərflərlə (3 mm-dən böyük) yazanlar asanlıqla mühitə adapdasiya olan, emosional, kollektivlə tez dil tapan və lider olurlar. Orta ölçülü hərflərlə (təxminən 3 mm) yazanlar daha çoxdur. Belə insanların heç bir gizli işi olmur. Onlar heç nəyi sirr saxlaya bilmirlər. Hər şeylə bölüşməyə ehtiyac duyurlar. Balaca hərflər (2 mm-dən az) - böyük səbrə, ehtiyata, məqsədyönlü insanlara xasdır.

Bütün hərflər birləşibsə, belə xəttin sahibləri adətən düzgün, təşəbbüskar, məntiqi düşüncəyə üstünlük verən insanlardır. Əgər bəzi hərflər birləşməyibsə, şəxsdə obrazlı düşüncə üstünlük təşkil edir, intuisiya yaxşı inkişaf edib, zəngin daxili dünyası var.

Müsahibimizin dediyinə görə, hərflərin azacıq sola meylli olması şəxsin öz maraqlarını kütlənin maraqlarından üstün tutmasını bildirir. Həmçinin belə insanlar tənqidi fikir söyləməyi xoşlayırlar. Hərflərin sola meylli olması sahibinin öz fikrinin düzgünlüyünə inanmasını, digərlərinin fikirlərinin isə səhv saymasını göstərir.

Psixoloq bildirib ki, hərflərin azacıq sağa meylliliyi kifayət qədər tez-tez müşahidə olunur, bu, şəxsin məktəbdə çalışqan şagird olmasını göstərir. Hərflərin sağa meylliliyi konkret məqsəd və sabitlikdən danışır. Şaquli hərflər isə fikrini 100 dəfə ölçüb-biçənlərə xarakterikdir.

Hərflərini yumru yazanlar yumşaq xasiyyətli olur, münasibətlərdə güzəştə gedirlər. Onlarla münasibət qurmaq çox asandır. Lakin belə insanlar qarşılarına qoyduqları məqsədə çətin çatırlar. İti hərflərlə yazanlar eqoist olurlar. Hərfləri yastı yazanların intellekti aşağı səviyyədə olur. Belə adamlar instinktləri nəzərə alaraq hərəkət edirlər. Hərfləri bir-birindən aralı yazanlarsa reallıqdan uzaq adamlar olur, öz aləmində yaşayırlar. Elə də adamlar olur ki, onlar hərfləri müxtəlif səmtlərdə yazırlar. Müxtəlif səmtlər şəxsin vahid məqsədinin olmamasını göstərir. Belə adamların əhvalı dəyişkən olur və heç nəyi bəyənmirlər.

L.Əhmədova deyir ki, xəttə görə xasiyyəti düzgün müəyyən etmək üçün müəyyən şərtləri gözləmək lazımdır: "Yazı ağ, standart formatda, xətlərsiz kağızda yazılmalıdır. Yazı diyircəkli qələmlə, yaxud da mürəkkəbli basma qələmlə yazılmalıdır. Yazı ən az 15-20 sətrdən ibarət olmalıdır. Yazı rəngli karandaş, flamastr və ya markerlə yazılmamalıdır. Yazının məzmunu vacib deyil. Yazı düz masa üzərində, oturaq vəziyyətdə yazılmalıdır. Yazanı məcburən yazdırmaq olmaz. Yazı yazılan otağın şəraiti də nəzərə alınmalıdır".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!