O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir

O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir
Maraqlı məlumatlar
10.09.2017 31
 
Onu ilk dəfədən bəyənmişdim.Məni təbii səmimiliyi ilə təəccübləndirmişdi.Danışmaq
istəyəndə birbaşa demirdi,elə maraqlı bəhanələr tapırdı
ki.Özünəməxsus vərdişləri vardı.Belə qadınlar kişiləri başlı-başına buraxır.Sən bilirsən ki,o sənindir,və səndən heç yerə
getməyəcək.Amma ondan ayrılmaq da istəmirsən.Ona
hər zaman qayıtmaq olar.O səni sevir.Başa düşəcək və bağışlayacaq. Onunla həmişə özünsən,onunla hər zaman rahatdır sənə.Çünki onda çoxlarında olmayan
bir keyfiyyət var-o sevdiyinə sədaqətlidir.Başqa cür
ola
bilmir. Sədaqət,etibar dostluq kimidir,pulla almaq olmur. Bilirsən ki dostun avaranın
biridir.Amma alçaq deyil.Buna görə də dostundur.Çətin anlarda
yanında olacaq,dayaq duracaq.Amma hər şey yaxşı olanda ikinizin də avaralığınız böyüyür.
Mən onunla vaxt keçirə bilməyəndə deyirdim işlərim çoxdur.O isə həmişə inanırdı.O mənə
həmişə inanırdı.Sonra mən aldatmaqdan
yoruldum.Dedim ki ayrılaq.Ona çətin idi,amma razılaşdı:-Yaxşı,əgər sən belə lazım bilirsənsə ayrılaq.-Sən məndən incimirsən?-Yox,mənim səninlə bağlı həmişə xoş xatirələrim olacaq. O heç vaxt açıq-saçıq mesajlar yazmırdı.2 ayda bir dəfə zəng edərdi, onda da maraqlanardı
ki mənimlə hər şey qaydasındadırmı.Bəzən də mən
onu eşitmək istəyirdim, özüm zəng edirdim. Deyirdim zəng etmişəm biləsən ki mənimlə
hər şey yaxşıdır, narahat olmayasan).O gülürdü və
mən
hiss edirdim ki, o əvvəlki kimi mənimdir.Mən dostlarımla vaxt keçirirdim,qızlarla əylənirdim. Amma bu da nə vaxtsa adamı
bezdirir.Onda mən ona qayıtmaq istədim.Və bir axşam ona
zəng etdim...Deyəsən vaxtsız zəng etmişdim.Elə bil sinəmdən bıçaq keçdi. Elə bir ağrı
duydum. Siz də yəqin ki nə vaxtsa belə bir vəziyyətdə olmusunuz? Qızla bir yerdəsən, birdən ona
zəng gəlir. Sənin yanında uzanaraq cavab verir ki
məşğuldur,rəfiqəsinin ad günündədir.Sonra da sənə gileylənir ki, bax necə qırsaqqız
oğlanlar var ey əl çəkmirlər adamdan.Əla vəziyyətdir elə deyil? Sən də onu əzizləyirsən, özünü qalib hiss edirsən. Düşünürsən
ki,qoy zəng etsinlər...onsuz da o sənindir. Bax elə bir anda da yəqin mən zəng etmişdim.O zəngimə cavab verdi, amma mən səslər
arasından yuxulu kişi səsini də ayıra bildim.-Salam-Sən danışa bilirsən?-Yox,mən sonra sənə zəng edərəm.İllər ərzində ilk dəfə idi ki o zəng etmədi. Nə o axşamı,nə də sonralar. Mən başa
düşdüm.Mən onu tanıyırdım. O sevdiyi adamdan ayrılmayacaq
və heç vaxt da ona xəyanət etməyəcək. Sənin çox sayda qadınların ola bilər. Amma onlardan bir və ya ikisi həmişəlik yadında
qalacaq. O qadınlar ki sənə etibarlı idi. Amma bunu
yalnız onlar gedəndən sonra başa düşəcəksən.O kişilərdir, nə vaxtsa qayıda bilər. Qadınlar həmişəlik gedir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!