Anamızın ətrindən yox.. Anamızın nurundan yox!

Anamızın ətrindən yox.. Anamızın nurundan yox!
Maraqlı məlumatlar
10.09.2017 9


Ana ömrü bir laylanın diliylə,

Sənə yanmış, mənə yanmış bir ömür.

Ana ömrü körpəsinin əliylə,

Yuxuları oğurlanmış bir ömür.



Yox, körpələr oğurlamadı bu ömrü... Onların nə boy-buxunu, nə düşüncəsi vardı ki, abstrakt bir əşyanı oğurlasın. Möhtaç olduğu südü belə, verən olmasaydı, dünyanın, adamların çövründən nə baş çıxaracaqdı ki.... Analar özləri yuxularını mənə, sənə, ona....bizə bağışladı. Hər gecə biz heç bir dərd-sər yox ikən şirin-şirin yatdıq, amma analar bir də gördün hövlnak qalxıb beşiyimizə yaxınlaşdılar. Sakitcə yatdığımızı görüb rahat oldular, fəqət yenə ürəklərində arzular: bu balamı bir böyüdüb ərsəyə gətirəydim. Analar ömürlərinin sonuna kimi övladları yolunda geçə-gündüz yandılar. Oduna qızındıq, amma yanmağını görmədik... Bilmədik ki, biz bunları. Bilmədik ki, dünyaya gələndə boyumuz 50-52 sm, çəkimiz cəmi 3-4 kq olub, indi bu boy-buxun, bu enli kürək, bu çəki onların yuxusuz geçələrinin hesabına nəsibimiz olub. Bir arı bir kq bal toplamaq üçün 300 min km-ə qədər məsafəyə uçurlar. Bu isə ekvator boyunca 7 dəfə fırlanmağa bərabərdir. Elə isə 3-4 kq bir tifili 35-45 kq –a çatdırana qədər anaların qət etdiyi əzab yolunu müəyyən edin? Mümkünmü?

Jurnalda bir hekayə oxumuşdum: körpələr evinə qəbul haqqında elan verilir və bu elanda qəbul üçün lazım olan sənədlər göstərilir, ən sonuncu da ananın jaketi və ya köynəyi. Bunu oxuyanlar düşünürlər ki, bəs niyə geyim də tələb olunur? Sən demə, uşaq narahat olanda, ağlayanda, yuxuya getməyəndə üstünə anasının jaketini salmaq bəs edərmiş ki, o, şirin-şirin yuxuya getsin.. Uşaqkən başa düşmədik, elə bildik ki, dünya hələ belə olurmuş . Beləcə, naşükürlüyə doğru yol başladıq.

O vaxt başa düşdük ki, artıq anamız dünyasını tərk etmişdi. Yalnız onda başa düşdük ki, anamızın ətrindən yox..anamızın baxışından yox... anamızın nurundan yo...x....

          

12 yaşında bir uşaq əlndə kağız anasına yaxınlaşır və kağızı anasına uzadır. Ana sevincək əllərinin yaşını qurulayıb, kağızı alır ki, görək balası nə yazıb. Kağızda yazılmşdı:

1. Otları biçdiyim üçün- 2 m

2. Gülləri suladığım üçün- 1 m

3. Otağımı yığışdırdığım üçün – 50 qəp

4. Mağazaya getdiyimüçün 50 qəp

5. Balaca qardaşıma baxdığım üçün 25 qəp

6. Zibil atdığım üçün 1 m

7. Əla oxuduğum üçün- 3 m

____________________________

Cəmi- 8 man 25 qəp

Anası oğlunun yazdıqlarını oxuyan kimi qələm götürüb yazır:



1. Səni 9 ay bətnimdə gəzdirdim- pulsuz

2. Hər dəfə xəstələnəndə qulluğunda durdum- pulsuz

3. Geçələr yuxusuz qaldım- pulsuz

4. Vaxt oldu ki, günlərlə sənin üçün ağladım, göz yaşı tökdüm-pulsuz

5. Sənin üçün hər gün Tanrıya yalvardım- pulsuz

6. Oyuncaqlarını yığışdırdım-pulsuz

7. Yeməyini hazırladım- pulsuz

8. Paltarını yudum- pulsuz

Bütün bunları topla, onda həqiqi sevginin qiymətini biləcəksən. Uşaq elə bil sehrə düşür, tez qaşıb anasının boynunu qucaqlayıaraq deyir: " Anacan, mən səni çox sevirəm.



Görəsən insan niyə diqqətsizdir, unutqandır? Axı heç kim birdən-birə özünü idarə edə biləçək səviyyədə doğulmayıb. Axı analarımız olmasaydı, iməkləyə-iməkləyə qalardıq...əlimiz də elə ayaq kimi qalardı. "Mələk annelər”imiz gəzmək öyrətdi bizə, danımaq öyrətdi....Əllərini sinəmizə çəkdi ürəkləndik, kürəyimizə çəkdi kürəkləndik... Bütün bunların mində birini qaytara bildikmi, yox, şəxsən mən bilmədim, nə qədər anam sağ idi. İndi edərəm, anamsa haqq dünyasında.....Çoxumuz belə...

Adına kitablar yazılır.........yalan. Adına musiqi bəstələnir......yalan, tablolar............yalan... Toylarda, şənliklərdə başımız dumanlı "Ana” mahnısını oxudub məst gözlərimizdən yaş tökürük...........saxtakarlıq.............. Ananı sağlığında sevmək lazım. Nə qədər sevsək, əzizləsək, çiyüinlərimizdə gəzdirsək, "düzəlməz əvəzi, ödəmməz yeri”.

Ey anası sağ olanlar, siz  anası olmayanlardan ona görə xoşbəxtsiniz ki, Sizin Ananız sağdır. Allah qorusun bütün anaları. Vəfat etmişlərə isə rəhmət diləyirəm. Amma Siz bir vaxt Günəş kimi alışıb yanan , əlvan hənadan ağ olan, amma indi susuz torpaq kimi qabarlı əlləri alın əllərinizə, diz çökün qabağında...öpün, oxşayın bu müqəddəs varlıqları....Atalarımıza, evlərimizə, bütün ömrümüzə yaraşıq anaları..   



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!