Qısqanclıq yaxşıdır yoxsa pis?

Qısqanclıq yaxşıdır yoxsa pis?
Maraqlı məlumatlar
10.09.2017 20
Qısqanclıq yaxşıdır, yoxsa pis?

Orqanizm qısqanclığı müdafiə mexanizmləri vasitələri ilə zəiflətməyə çalışır, qısqanc insanlar daimi stress yaşadıqlarına görə xroniki xəstəliklərin yaranmasına daha çox meyilli olurlar. Artıq çəki, ürək xəstəlikləri, qısqanc insanların yol yoldaşlarıdır. Qısqanclıq orqanizmə böyük zərbə vurur.



Qısqanclığın müsbət cəhətləri varmı? Qısqanclıq təbii seçmənin bir hissəsidir, o insana özünü dəyişməyə kömək edir. Rəqabət insanı müəyyən mənada mükəməlliyə can atmağa məcbur edir. Amma bütün bunlara baxmayaraq, qısqanclığın mənfi cəhətləri həddindən artıq çoxdur.



Qısqanclıqla necə mübarizə aparmalı?


Psixoloqların verdiyi ən əsas məsləhətlərdən biri özünəinam hissinin artmasıdır. Bu, qısqanclıq iynələrinə qarşı özünəməxsus zireh rolunu oynayır. Yaxın insanlara qarşı sevgi və diqqət çox təsirli silahdır. Sevgi olan yerdə qısqanclığa yer qalmır.



Növbəti məsləhət isə tez özündən çıxanlara və emosianllara aiddir. Qısqanclıq partlayışları zamanı əsəblərinizi sevdiyiniz insanların üzərinə yox, başqa yerdə sakitləşdirməyə çalışın. Belə olduqda sizə əziz olan insanlar bundan zərər çəkməyəcəklər.



Əslində qısqanclıq natamamlıq təzahürüdür. Bu hissi özündən uzaqlaşdırmaq üçün insanlar öz üzərində işləməlidir. Əgər anlaşılmazlıq varsa, bunu öz tərəfmüqabili ilə çözməlidir və məsləni öz aralarında həll etməyə çalışmalıdırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!