Diplomatiya

Diplomatiya
Maraqlı məlumatlar
10.09.2017 13
Henri Kissincer — ABŞ dövlət xadimi, Beynəlxal münasibətlər sahəsində ekpert və doplomat, Nobel sülh mükafatı laureatı.

Bir dəfə Henri Kissingerdən soruşurlar:

— Diplomatiya nədir?

— Ooo… bu universal yəhudi metodudur, icazə verin misal üzərində izah edim:

Siz Sibirdə bir kasıb oğlana Rokfellerin qızını almaq istəyirsiniz. Bunun üçün oğlandan soruşursunuz:

— Rokfellerin qızıyla evlənmək istəyirsən?

— Nəyimə lazımdır, kəndimizdə qız doludur.

— Yox, o qız milyarder qızıdır!

— Onda, bu hər şeyi dəyişir — mən razı!

Bundan sonra mən gedirəm İsveçrəyə, orada bank sahibi ilə görüşürəm deyirəm ki, sizə Sibirdən bir oğlan tapmışam, sırf sizin bankınıza prezident kimi yaraşan adamdır!

— Nəyimə lazımdır Sibirdən, burda insan yoxdur ki?

— Amma o, Rofellerin kürəkənidir!

— Onda, bu hər şeyi dəyişir. Gəlsin!

Sonra mən gedirəm Rokfellerin yanına. Deyirəm ki, sənə Sibirdən bir kürəkən tapmışam.

— Bizim ailə hamısı maliyyəçidir, Sibirdən olanı neynirəm?

— Elə o da İsveçrə bankının prezidentidir.

— Hə, onda, bu vəziyyəti dəyişir.

Və qızını çağırır.

— Qızım, sənə maliyyəçi ər tapmışıq.

Qız isə:

— Maliyyəçilər hamısı cılız və zəif olurlar, istəmirəm!

— Yox, qızım, bu, Sibirdəndir, çox möhkəmdir.

Və qız razılaşır.

Bax, bu, sırf diplomatiyadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!