Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir

Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir
Maraqlı məlumatlar
10.09.2017 25
Azadlıq və sevgi bir-biri ilə bağlıdır. Sevgi münasibət demək deyil. Səni sevirəm, çünki, məni sevirsən, bu, sevgi deyil, bu, çox bəsit bir ticarətdir, bazardan mal almaq kimi. Əsl sevgi qarşılığında heç nə gözləmədən verilən sevgidir, nə isə verdiyini hiss etməməlisən və sadəcə bu sevgi azadlığa doğru aparır.



Mən şlyapa qoymuram ki, kiminsə qabağında onu çıxarmalı olmayım. ("Polkovnikə məktub yoxdur”)



Hər şey canlıdır; əlbəttə, əgər onun ruhunu oyatmağı bacarsan...("Yüz ilin tənhalığı”)



İnsan bir dəfəlik şeyləri çox xoşlayır, ona görə ki, özü də birdəfəlikdir.



Bir şeyə qadın qarışıbsa, əminəm ki, hər şey yaxşı olacaq. Dəqiq bilirəm, dünyanı qadınlar idarə edir.



Gülümsə, bədbəxtliyə ləzzət almağa imkan vermə. ("Vəba dövründə məhəbbət”)

Ədəbiyyat insanları ələ salmaq üçün düşünülmüş ən yaxşı əyləncədir. ("Yüz ilin tənhalığı”)



Həqiqət yoxsa təxəyyül-nə fərqi var? Hər şey, hər cəfəngiyat zamanla həqiqətə çevrilir! (”Patriarxın payızı”)



Əgər, yalnız başqalarının oxuduqları kitabları oxuyursuzsa, o zaman elə onların düşündükləri kimi düşünəcəksiniz, əlavə heç nə.



Xatirələr insanı lap dərindən isidir, amma eyni zamanda da parça — parça edərək məhv edir.



Özünüz haqqında düşünərkən məyusluq hissindən qaçın. Özlərinə görə məyus olanlar ancaq axmaqlardır.



Təəssüf ki, saat taqqıldayır, vaxt keçir. Keçmişin imkanları artır, gələcək öz yerini tutur, imkanlar azalır və peşmanlıq özünün ən yüksək həddinə çatır.



Zorakılıq yalnız kimisə öldürmək deyil. Zorakılıq acı söz söyləmək, davranışları ilə insanları özündən uzaqlaşdırmaq, qorxu səbəbindən tabe olmaqdır. Yəni zorakılıq sadəcə Tanrı adına edilmir, cəmiyyət, ölkə adına edilir. Zorakılıq daha kəskin və dərin anlayışdır, biz bu zorakılığa tez-tez məruz qalırıq.

 

Əgər məsələnin özünü başa düşsək cavabı tapmaq asan olar, çünki cavablar suallardadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!