Cavabını bilmədiyiniz suallar

Cavabını bilmədiyiniz suallar
Maraqlı məlumatlar
10.09.2017 39
1- Namaz qılanda fikrim dağılır, bu zaman namazım qəbul olunurmu?

1- Namazda diqqətin dağılması şeytanın əməlidir. Daim insanın içində onun fikrinin yayılmasına səbəb olaraq onu namazdan soyudur. Namazı pozan hallar var, o hallardan başqa hallar namazı pozmaz, ona görədə əgər fikriniz yayındısa və namazı qıldınızsa, yenidən qılmağa ehtiyac yoxdur. Qeyd edim ki, əgər tam olaraq xatırlaya bilmirsinizsə neçə rükət qıldınız o zaman yenidən qılsanız daha yaxşı olar.

Unutmayın, hər necə namaz qılırsınız qılın, kimsə deyə bilməzki sənin namazın qəbul olundu, çünki bunu sadəcə Allah bilir.



2- Ata-anamın xeyir-duasını almadan sevdiyim insanla ailə qura bilərəmmi?

2- Bu suala məhzəblərə görə dəyişir, Safi məzhəbinə görə qız valideyinlərinin icazəsi olmadan ərə gedə bilməz, oğlan evlənə bilər, Hanefi məzhəbinə görə isə həm oğlan, həmdə qız valideyinin razılğı olmadan ailə qura bilməz. Mənim fikrimə görə isə, insan Allahdan sonra ata və anasına tabe olmalıdır və ona itaət etməlidir. Ata və ana oğlunu və ya qızını dindən, vətənindən, imanından, həqiqətdən, mədəniyyətdən uzaqlaşdırırsa bu zaman onlara itaət etməmək olar. Ola bilsin ki, ata öz qızını satmaq kimi və ya qumarda uduzaraq, və ya prestijli ailəyə qohum olmaq naminə başqasına ərə verirsə bu zaman qız onlara itaət etməyə bilər. Nəticə etibarı ilə ailə qurduğun insanla xoşbəxtsənsə deməli ata-ananın da xeyir duasını alacaqsan, çünki onlar üçün ən vacibi övladlarını xoşbəxt görməkdir.



3- İnsanların sevgi hissləri ilə oynamaq günahdırmı?

3- Bu suala cavab vermək bir az çətindir, çünki dini mənbələrdə bu haqda məlumat yoxdur. Bu bir növ bizim uydurduğumuz sözlərdi ki, kiminsə sevgi hissləri ilə oynadılar! Sevgi ali hissdir, Allaha olan sevgi, Ata-anaya olan sevgi və sair. Amma kimisə o dərəcədə sevmək olmaz kı ona görə valideyinlərindən keçəsən və özünü günah olduğunu bilə-bilə ölümə gedəsən. Ona görədə qarşı cinsə olan sevgi müəyyən çərçivədə olmalıdır.Məhz buna görədə sevgi hissləri ilə oynamağın günah olduğu haqda bir məlumat yazılmayıb! Bu məsələyə başqa cür yanaşsaq, Qul hakkı deyilən bir termin var. Qarşıdakı insanın sevgisi ilə oynadığın zaman o bu hisslərdən, özünə zərər verəcək hər hansı bir iş edirsə bu zaman onun qul hakkı qalır, budaki böyük günahlardan biridir. Ona görədə kimsənin sevgi hissləri ilə oynamayin!

 

 4-  Səhhətimlə bağlı namazı dayandırmaq məcburiyyətindəyəm, həkimlər belə deyir. Nə etməliyəm?

- Namaz heç bir halda təxirə salınmamalı olan yeganə ibadət növüdür.

Əgər əyilib-qalxa bilmirsinizsə, oturan yerdə namaz qılın, bu da mümkün deyilsə, uzandığınız yerdə namaz qılın.

Çətinlik dəstəmaz almaqdadırsa, sağalanadək təyəmmümlə namaz qılın,

təyəmmüm almaq da mümkün deyilsə, sadəcə olaraq namaz qılın. Allahdan qorxun, namazı heç bir halda tərk etməyin.

 

5- Bəzən məcbur olub möhürsüz namaz qılırıq. Bu halda qıldığımız namazlar düzgündür?

- İnşallah düz olar və Allah onları qəbul edər. Getdiyiniz evlərdə möhür olmadıqda və ya özünüzlə

möhür götürmədikdə adi yazılmamış kağız parçasına və ya təmiz, yeyilməyən-geyilməyən

şeylərin üzərinə səcdə edə bilərsiniz. Allah namazlarınızı qəbul etsin!

 

6- Dinimizə görə, sevdiyim şəxslə telefonla, internet vasitəsilə danışmaq və ya mesaj yazmaq olar?

- Yaxından tanışlıq məqsədilə bu kimi söhbətlərin maneəsi yoxdur. Bir şərtlə ki, harama yol verilməsin.

 

7- Hər ay oynanılan lotereya biletləri ilə pul udmaq olar?

- Xeyr, bu kimi oyunlarda iştirak etmək olmaz, bu iş günah, uduş yolu ilə əldə olunun pullar isə haram qazanclara aiddir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!