Qarabağ xalçaçılıq məktəbi

Qarabağ xalçaçılıq məktəbi
Maraqlı məlumatlar
10.09.2017 20
Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ  bölgəsinin xalçaçılıq məktəbi dağlıq və aran zonalarında inkişaf etmişdir. X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Tuğ, Köhnə Tuğlar, Muradxanlı, Qasımuşağı, Bağırbəyli, Dağ Tumas kəndləri əsas rol oynayırdılar.

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.

Bu xalçalar Qarabağın dağlıq hissəsində Horadiz, Malıbəyli, Muradxanlı, Daşbulaq və bir çox başqa qəsəbələrdə istehsal olunurdu. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Füzuli, Ağdam və Bərdə xalça istehsalında əsas yer tutur.

"Qarabağ xalçası”, "Aran xalçası”, "Bağçadagüllər xalçası”, "Balıq xalçası”, "Buynuz xalçası”, "Bərdə xalçası”, "Qoca xalçası”, "Qasımuşağı xalçası”, "Ləmbəran xalçası”, "Muğan xalçası”, "Malıbəyli xalçası”, "Xanqərvənd xalçası”, "Xanlıq xalçası”, "Xantirmə xalçası”, "Çələbi xalçası” və s. xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir.

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – "Bağçadagüllər xalçası”, "Saxsıdagüllər xalçası”, "Bulud xalçası” və s. çeşnilər toxunurdu.

Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfüqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsas yer tuturdusa, sonralar ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Xalçalarda dinamik ov səhnələri demək olar ki, yoxdur, ovçuluğun ancaq atributları, simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur, öz yerini bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir.

Qarabağ xalçalarının rəng-boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşəratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı xalq arasında "qırmız böcəyi”, "qurd qırmız”, "palıd cücüsü” deyilən həşəratdan alınırdı.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olub, hazırda erməni işğalı altında inləyən Qarabağımızın bütün milli sərvətlərini mənimsəyən bu azğın düşmənləri qabaqlayıb, öz sərvətlərimizə sahib çıxmaq hər birimizin vətəndaşlıq borcudur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!