Munasibetinizde istediyinizi elde etmenin yollari

Munasibetinizde istediyinizi elde etmenin yollari
Maraqlı məlumatlar
10.09.2017 23
İstədiyini əldə etmə sənətiMünasibətinizdə istədiyinizi əldə etməyin yolları var, sizə hansı uyğundur?
Əlaqənizdə istədiyiniz bir şeyi necə əldə edərsiniz? Bunun üçün siz bir neçə təklifimiz var.
Bir şey istəyərkən gözəl sözlərlə istəyin.
Bir şey istəməyin iki yolu vardır. Biri tez istədiyini dilə gətirmək, digəri isə istəyini yavaş-yavaş izah etmək. İkinci yolu seçəndə istədiyiniz şeyi nə qədər sürətli və diqqətlə qarşınızda tapa biləcəyinizi görün. Məsələn bu axşam yeməyi onun hazırlamağını istəyirsiniz. "Bu axşam ürəyim yemək bişirmək istəmir. Sən bişir." yerinə "Keçən gün etdiyin makaron çox dadlı idi. sevimli yeməyim oldu. Bu axşam da bişirə bilərsənmi?" demək qarşınızdakını motivasiya edəcək.
İstəyinizi açıqca dilə gətirməyin
İstədiyiniz bir şeyi niyə istədiyinizi izah edib dilə gətirmək yerinə edəcəyiniz söz oyunları onun mesajı daha tez almağını və tətbiqə keçməsini təmin edəcək. Çünki kişilər sanksiyaları xoşlamazlar, bunu unutmayın! Məsələn bu həftə sonu sizə qısa bir eşqbazlıq təklif etməsini istəyirsiniz. "Bu həftə sonu məni gəzməyə apar" yerinə "Həftə sonları gəzmək çox gözəldi. Bəlkə bir ara gəzərik" demək əmin olun daha təsirli olacaq.
İstədiyiniz şeyi əvvəl siz ona verin
Səhv başa düşülməsin, hər şey qarşılıqlı olmaq məcburiyyətində deyə deyil. Amma istədiyiniz şeyi əvvəl siz ona versəniz onsuz da onun da sizə geri qayıtmağını görəcəksiniz. Məsələn kürəyiniz çox ağrıyır və yüngül bir masaj istəyirsiniz. Ondan bunu səsli bir şəkildə istəmək yerinə, əvvəl siz ona bir kürək masajı edin. Masaj bitdiyində - təbii ki, yatmış olmarsa - sizə necə bir masaj edəcəyini təxmin belə edə bilməzsiniz!
Əsla gözünü qorxutmayın
Verilən əmrlər və yağdırılan təhdidlərlə bir münasibət icra etmək o qədər də mümkün deyil onsuz da. Ondan bir şey istəyəndə bu şəkildə əsla gözünü qorxutmayın. "Evə qonaq gəlməmiş ortalığı yığışdır" və ya "Bu etdiyini bir də etsən çıxıb gedəcəyəm" kimi tehdid dolu sözlər istədiyinizi əldə edə bilməməyinizlə qalmayacaq; ona çox itələyici gələcək və münasibətinizə mənfi təsir edəcək.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!