Qaranlıqda doğulan "mən”

Qaranlıqda doğulan
Maraqlı məlumatlar
10.09.2017 12
Mən çox maraqlı insanam. Bəlkədə maraqsızam. Hər yazdığım sətir, hər
yazmadığım sətir, hər fikirləşdiyim misra məni fərqləndirir. Mən əsasən
heç bir yazımda özümdən yazmıram…Yox yalan danışmaq istəmirəm, hər
yazımda özümdən az-mazda olsa frazalar var. Amma bu yazı o yazılardan
fərqli olacaq yada elə olmasını istəyirəm…

Mən çox şeyi başa düşürəm. Allaha şükür ki, qıraqdan baxanlar hər zaman
deyir ki, bu qədər məlumatı nə edirsən, hər lazımsız məlumatı save
edirsən beynivin bir hissəsinə . Kim üçün lazlmlı kim üçünsə lazımsız.
Amma nə vaxtsa lazım olacaq, bunu bilirəm.

Bir az gəzib evə gəldim və yatmaq istəyəndə bu gecənin fərqli olacağını fikirləşdim, çünki ürəyim fərqli işləyirdi…



Qaranlıqda doğulan "mən”

İşıqlı otaqda qaranlıq bir küncdə gizlənən kölgə sahibinə yaxınlaşmaqdan qorxurdu. Otağa düşən günəşin şüaları onları ayırmışdı.

Uzaqdan bir-birinə baxan, amma yaxınlaşmaq istəyərək uzaqlaşmalarından
qorxan iki kəs... Sadəcə gözləri ilə bir- birlərini izləyirdilər...

Onlar ilk dəfə məhz belə bir işıqlı yerdə tanış olmuşdular, amma o vaxt
nədənsə sahibi onu heç görməmişdi. Sahibinin gözləri qızın
baxışlarında, barmaqları klavişlərə toxunan bəstəkar tək onun əllərində
süzürdü.

Sükut idi. Danişmırdılar ... Sadəcə gözlər və əllər... Hərəsi birinin
qəlbində səyahətdə idi. Naməlum bir məkanda günəşin çıxmasını seyr edən
sayhətçi tək mən qonşu stolun arxasından bu gözəllikdən həzz alırdım.
Təkliyimi belə unutmuşdum...

Sahibmə yaxınlaşıb onun xoşbəxtlyinə sevindiyimi demək istəyirdim, amma
çəkinirdim. Beləcə ondan uzaqda onun sevincini seyr edirdim...

Hərdən gecələr ondan ayrılıb küçədə işıq saçan yol fənərlərinin altında
əyləşib təkliyimi özümə unutdurmaq üçün yoldan keçən sərxoş insanları
qorxudurdum. Səhər isə qayıdıb yuxusuz halda onun arxasınca gəzirdim.

Həmişə də eyni yerlər: ofis, kitabxananın yanındakı dayanacaq və parkda
fəfvvarə önündəki oturacaq... Amma bu gün nədənsə ofisdən tez çıxdıq,
dayandığımız yer daynacaq yox, xəstəxana oldu...

Divara söykənərək həmin əllərə və həmin gözlərə baxırdım. Gözlərdən yaşlar damlalarla o əllərə süzülürdü.

Artıq o gözəl günəş qürub edirdi... Yenə də sakitlik idi, amma bir
nəfərin sakitliyi... Qarşısında ancaq viranəliyi görən səyyah tək artıq
öz gözümü günahlandırırdım. Bu an ilk dəfə sahbim arxaya çevrilərək
kömək istəyən gözləri ilə mənə baxdı...

İndi baxışlar gecənin qaranlığını gözləyirdi, yenidən qovuşmaq üçün...
Artıq tək o vardı, bir də onun xatirələri mənsə onların tək şahidi
idim...



Səhər 07-00 saatın səsinə ayıldım… Yenə səhər,yenə işə getməliyik? Yenə
həyat adlı adiləşmiş prosedur? Durub bir siqaret yandırdım, fikirləşdim
bir nəticəyə gələ bilmədim, güldüm özümə…Lənət şeytana deyib əynimi
dəyişdim davam edir həyat…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!