Çox düşünmə xəstəliyi

Çox düşünmə xəstəliyi
Maraqlı məlumatlar
10.09.2017 19
Əgər sizə deyilən hər şeyi böyüdüb altında bir şey axtarırsınızsa və ya kiçik qərarlar qəbul etməli olduqda qərar müddətiniz get-gedə uzanır və çətinləşirsə, bu vəziyyətə "dur" deyin. Çünki "çox düşünmə sindromu"na tutulmuş ola bilərsiniz!

Düşünmək əlbəttə, həyata keçirəcəyimiz hər hərəkət, söyləyəcəyimiz hər sözdən əvvəl tətbiq etməli olduğumuz bir şeydir. Hər zaman danışmazdan öncə çox düşünməli olduğumu ya bizə, ya da biz başqalıran deyirik. Düşünməyin heç bir zərəri yoxdur, amma çox düşünmək zərərlidir. Çünki həddindən artıq çox düşünmək fərqində olmadan insanı yaşlandırır, yorur və həm özümüzə, həm də ətrafımıza zərər verməyimizə səbəb olur. Həyatdan ala biləcəyimiz zövqü yox edir.

Təəssüf ki, bir çoxumuz bunu istəmədən edirik. Hətta xüsusilə qadınların bu sindromu daha çox yaşadığına dair edilmiş araşdırmalar var. Qadınlar xarici görünüşləri, ictimai əlaqələri, karyera, ailələri haqqında həmişə daha çox düşünüb bədbin ssenarilər yazmağa meylli olurlar. Qadınlar "Necə görünürəm?", "Yanımdakılar haqqımda nə düşünür?", "Bu hərəkətin, sözün altında əslində nə yatır?" kimi sualları özlərinə daha çox verir və cavablarını da düşünürlər.

Düşünmək həyatımızın bir parçasıdır. Lakin çox düşündüyümüz zaman xarici görünüşümüzdən əlaqələrimizə, kariyeramızdan ailə həyatımıza qədər hər şeyin altında pis bir şey axtarırıq. Əslində kiçik olan problemləri böyütməyimiz, deyilən sözlər altında tənqidlər axtarmaq, edilən hərəkətlərin hamısından incimək, bədbəxt və hər şeydən şübhəli olmağımız böyük problemdir. Bütün bunlarla yanaşı, vaxtımızı faydasız və boş şeylərə xərcləmək, hədəflərimizdən uzaqlaşmaq, problemlərdən çıxış yolu tapa bilməmək kimi nəticələr doğulur. Bütün bunların bir nəticəsi olaraq da özümüzü uğursuz, passiv, peşman, narahat hiss edir, hər şeydən önəmlisi isə depressiyada oluruq.



Əgər bu sindroma tutulmuşuqsa, ondan qurtulmaq üçün nə etməliyik? Bu vəziyyətdən xilas olmaq üçün özümüzün fərqində olmalı və düşüncələrimizə nəzarət etməliyik. Yəni çox düşünməyin gətirib çıxardığı bədbinliyi görməli və dərhal onları nəzarət altına almalıyıq. Daha sonra isə bir az səthiliyə yönəlmək lazımdır. Qarşı tərəfdən edilən hərəkətlərin altında bir şey axtarmamaq, deyilən sözləri beynimizdə qurcalayıb mənfi tərəflərini axtarmamaq və rahat yaşamağa yönəlməliyik. Bir şeyi unutmayın, başqalarının sizin barənizdə nə düşündükləri haqda fikirləşib özünüzü yormayın. Əgər ortada bir problem vardırsa, onun həllini düşünüb tapmaq lazımdır. Amma gecə-gündüz onu düşünüb həyatınızı korlamaqdan çəkinin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!