Milyon al qızılgül

Milyon al qızılgül
Maraqlı məlumatlar
10.09.2017 13
Hamınız Alla Puqaçovanın oxuduğu məşhur "Миллион алых роз” (Milyon al qızılgül) mahnısını eşitmisiniz. Mahnının sözlərinin Voznesenskiyə aid olduğunu da, yəqin ki, çoxunuz bilirsiniz. Ancaq içərinizdə bu mahnının necə yaranmasının  tarixini bilənlər əminəm ki, çox deyil.

Bəli, bu epizod məşhur gürcü rəssamı Niko Pirosmaninin bioqrafiyasından götürülüb. Kimsə bunu əfsanə kimi qəbul edə

 bilər, kiminçünsə bu tam bir gerçəklikdir. Niko Pirosmani, doğrudan da, Marqarita adlı bir aktrisaya vurulub o zaman yeganə gəlir mənbəyi olan süd dükanını satmış, qazandığı pulla Marqaritanın yaşadığı hotelin nömrəsini başdan-başa qızılgülə tutmuşdu. Voznesenki bir balaca improvizə edib, qızılgülləri hotelin qarşısındakı meydançaya daşısa da, bu məsələnin məğzini dəyişmir. Rəssam gözəl aktrisaya olan sevgisini bu cür ifadə etmişdir. Elə zənn etməyin ki, Marqarita xanım Pirosmaninin bu jestini layiqincə dəyərləndirdi – elə deyil. Həyat öz qapazını adamın başına salırsa, onu milyon qızılgül dəstəsinin altında da gizlətmək mümkün deyil. Nikonun yoxsul, savadsız, sadəlövh bir rəssam olduğunu Marqarita xanım əlbəttə ki, görmüşdü. Qızılgüllərlə jest isə onların bir neçə saatlıq söhbətinin bədəli idi. Səhərisi gün aktrisa xəbərsiz-ətərsiz qatara oturub Tiflisdən, Pirosmanidən və milyon qızılgülün altında inildəyən ümidsiz sevgidən uzaqlaşmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!