Dünyanın ən varlı 400 adamı

Dünyanın ən varlı 400 adamı
Maraqlı məlumatlar
10.09.2017 15
Dünyanın ən varlı adamları kapitallarını bu il 92 milyard dollara qədər artırmağı bacarıb. Bu barədə Amerikanın Bloomberg işgüzar xəbərlər agentliyi məlumat verib.



Bloomberg mütəxəssislərinin hesablamalarına görə, dünyanın 400 ən varlı adamının kapitalı artıq 4,1 trilyon dollara çatıb. Onların içində ən uğurluları Çinə məxsus Alibaba online-riteylerinin banisi və direktorlar şurasının sədri Cek Ma, Dalian Wanda Group investisiya kompaniyasının sahibi Van Tsyan Lin, həmçinin Berkshire Hathaway investisiya holdinqinin başçısı Uorren Baffet olub.



Cek Ma il ərzində öz kapitalını 25,1 milyard dollar artırıb. Onun 1999-cu ildə qurduğu Alibaba kompaniyanın aksiyalarının qiyməti təxminən 56 faiz bahalaşıb. Beləliklə də, Bloomberg agentliyinin məlumatına görə, keçmiş ingilis dili müəllimi Asiya qitəsinin ən varlı adamına çevrilib.



Uorren Baffet isə bu müddət ərzində sahib olduğu Berkshire Hathaway holdinqinin aksiyalarının 28 faiz bahalaşması nəticəsində 13,7 milyard dollar qazana bilib.



Van Tsyan Lin 2014-cü ildə 12,8 milyard dollar gəlir əldə edib. Ona məxsus Dalian Wanda Group kompaniyasının aksiyalarının qiyməti ümumilikdə 25,3 milyard dollara çatıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!