İynə və qayçı

İynə və qayçı
Maraqlı məlumatlar
10.09.2017 44
Tikişçiliyin tarixi 20 min illik bir dövrü əhatə edir. İbtidai insanlar dərini biz formasında olan tikan və ya yonulmuş daşlarla deşir, həmin deşiklərdən heyvan damarlarını keçirərək geyim hazırlaıyırdılar. 17 min il Miladdan öncə daşdan hazırlanmış qulaqlı iynələr Qərbi Avropa və Mərkəzi Asiya ərazilərindən tapılmışdır. Afrikada isə iynə rolunu palma yarpaqlarının qalın litfləri oynayırdı. Onlar bitkidən hazırlanmış saplarla saplanırdı.



İlk polad iynənin vətəni isə Çindir. İlk oymaq (üskük) da Miladdan öncə III əsrdə bu ölkədə düzəldilmişdir. Mavritaniyada (qədimdə Afrikanın şimal-qərb vilayətləri, indiki Əlcəzair ərazisinin qərb hissəsi və Mərakeşin şərqi belə adlanırdı) yaşamış tayfalar isə bu ixtriaları Qərb ölkələrinə yaymışlar. İynənin ilk kütləvi istehsalına yalnız XIV əsrdə əvvəlcə Almaniyanın Nürnberq şəhərində, sonra isə İngiltərədə başlandı. Mexaniki üsulla ilk iynənin düzəldilməsi isə 1785-ci ildə baş tutdu.



Müasir qayçının ulu babası isə qədim Misirin xarabalıqlarından tapılmışdır. Bütöv metaldan düzəldilmiş bu qayçılar Miladdan öncə XVI əsrə aiddir. Müasir qayçının ilk modelini isə Leonardo da Vinçi düzəltmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!