Qaçılması mümkün olmayan qorxu

Qaçılması mümkün olmayan qorxu
Maraqlı məlumatlar
10.09.2017 12
Başqa qorxulardan fərqli olaraq qaranlıq qorxusundan qaçmaq mümkün deyil.Qorxu insana təbiətdən verilən hissiyatdır. Bu hiss bizdə narahatlıq yaratsa da bizi təhlükəli hadisələrdən qoruyur. Müəyyən həddə qədər olan qorxu bizi zərər verəcək davranışlardan yayındırır.



Qorxular ictimai, sosial həyata sirayət etdikcə isə həyatı çəkilməz bir vəziyyətə gətirir. Statistikaya görə, yetkin insanların 30 faizində müxtəlif qorxular olur. Bu qorxuların ən başında isə niktofobiya - qaranlıq qorxusu durur. Əslində insanlar qaranlıqdan deyil, qaranlığın içində olandan qorxurlar.



Freydizmə görə, kiçik yaşlarda olan travmalar sonradan belə fobiyanın yaranmasına səbəb olur. Əksər insanlarda travma qorxulu yuxu olur. Freyd bu fobiyanın aradan qaldırılması üçün göstərir ki, insan həmin yuxunu yadına salmalı və yuxunu fikrən dəyişdirməli, yəni xoşbəxt sonluqla bitdiyinə özünü inandırmalıdır. Bu mümkün olmadığı təqdirdə qorxu patoloji vəziyyətə çatdıqda isə son çıxış yolu psixoloqa müraciət etməkdir.



Psixoloq Nigar Əliyevanın sözlərinə görə, qaranlıq qorxusundan xilas olmaq üçün insan özünü qaranlığa öyrətməlidir. Qaranlığa öyrənən insan qorxusunu nisbətən azaltmış olur. "Bu qorxuya aklofobiya, skotofobiya da deyilir. Yetkinlərdə bu qorxular fobiya halına düşmədən keçib gedir. Bu qorxu adətən qorxulu filmlərdən sonra yaranır. Gecə reallaşan bir çox pis və şiddət dolu hadisələri əks etdirən qorxulu filmlərə baxanda qaranlıqla bağlı qorxular yaranır" - deyən N.Əliyeva hesab edir ki, digər qorxu növlərinin əksinə qaranlıq qorxusunu uzaqlaşdırmaq daha çətindir: "Klounlardan qorxursunuzsa, sirkə getməzsiniz, pişikdən qorxursunuzsa, onlardan uzaq ola bilərsiniz. Amma gecələrdən və qaranlıqdan uzaq qaçmaq mümkün deyil".



İnsanlar arasında belə fikir yaranıb ki, qaranlıqdan qorxursansa, gərək işıqda yatasan. Amma həmsöhbətimizin sözlərinə görə, bu, fobiyanı daha da ağırlaşdırır. Dediyinə görə, özünü qaranlıqda qorxulu heç nəyin olmadığına inandırmaq qorxunun aradan qaldırılmısını daha da asanlaşdıracaq: "Bir halda ki, siz otağı işıqlı vəziyyətdə görmüsüz və təhlükəsiz olduğunu bilirsiniz, o zaman qaranlıqda otağı işıqlı təsəvvür edərək, ordakı əşyaların yerini fikirləşərək qorxunu azalda bilərsiz".



Qaranlıq qorxusu yaşayan insanlar qaranlıq yerlərdə oturmağa çəkinir, narahatlıq hiss edirlər. Sonra bu qorxu bütün düşüncəyə hakim olur və qısa müddət içərisində fobiyaya çevrilir. Bu qorxunu yaşayn insanlarda qaranlıq tərəfindən udulma hissi və çox şiddətli çaxnaşma yaranır: "Qaranlıqdan qorxanlarda qaranlıqda sinə ağrısı, baş gicəllənməsi, nəfəs alma çətinliyi, ürək döyüntüsünün artması, tərləmə, huşunu itirmə, titrəmə, əl və ayaqlarda qıcıqlanma (sanki dərinin altında nəsə gəzir), bədən istiliyinin birdən artması və ya azalması, ölmək və ya dəli olmaq üzrə olduğunu düşünmək hissləri yaranır".



Psixoloq hesab edir ki, bu qorxu insanın gücünü soran ən böyük qorxular arasındadır. Çünki praktikada qaranlıqdan qorxanların çox az bir hissəsi özünü bu qorxudan xilas edə bilir. Bu qorxuyla təkbaşına mübarizə aparıb, uğurlu nəticə əldə etmək çox çətindir: "Bu qorxunu aradan qaldırmaq üçün həssaslığı azalda biləcək müalicə mütləqdir. Bu müalicə adamın qaranlığa heç bir mənfi reaksiya verməməsini möhkəmlətmə məqsədi ilə aparılır. İnsan müalicə əsnasında gecə vaxtı küçədə terapisti ilə birlikdə gəzir. Hipnotik müalicə də qaranlıq qorxusunun mənşəyini təyin etmə baxımından çox faydalıdır. Hipnoz vasitəsilə adamın qorxusunun əsas səbəbi aydınlaşdırılır və o səbəbi aradan götürməyə cəhd edilir".



N.Əliyeva deyir ki, qorxu nə qədər tez alınsa, qorxunu idarə altına alma ehtimalı da o qədər güclü olur. Mütəxəssislərin fikrincə, qaranlıqdan qorxunu aradan qaldırmağın digər bir yolu isə musiqi ilə sakitləşmədir. Qorxduğunuz zaman sevdiyiniz musiqiləri dinləyin, bu zaman qorxu yaddan çıxacaq, yerini xoş hisslər alacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!