Aldatmaq, Yoxsa Aldanmaq..!

Aldatmaq, Yoxsa Aldanmaq..!
Maraqlı məlumatlar
10.09.2017 64
Ən aktual, ən xoşagəlməz, bağışlanmaz və hamıya tanış olan bir mövzu.Məlumdur ki, kişilər ailə qurmaq məsələsində qadınlardan daha ehtiyatlıdırlar. Bəzən sevgiliniz sizi dünyalar qədər sevsə belə, evlilik haqqında düşünmür və ya düşünmək istəmir. Qızların isə həyatda ən böyük arzusu ağ libasda, sevdiyi insanla qol-qola vağzalı sədaları altında ata evini tərk etməkdir.Qızla oğlan tanış olur, sms, zənglər, münasibət getdikcə dərinləşir..Və nəhayət bir gün ağılasığmaz bir bəhanə ilə bu münasibət bitir.. Ya da neçə müddət münasibət olduğundan sonra öyrənirsən ki, oğlan nişanlanıb ya da artıq evlidir.. Bunlar daha çox kişilərə xas olan bir xüsusiyyətdir. Amma hal-hazırda qadınların arasında da belə hallar çoxalıb. Ya da gözəl bir cütlük, illərdir bir-birini tanıyan, hər şey ciddiliyə doğru gedərkən..ortalıqda başqa birisi peyda olunur, daha sonra görüşlər, zənglər, qız (oğlan) bütün diqqətini ona yönəldərkən, istədiyini aldatmağa başlayır. Qız (oğlan) bunu bilib və ya hiss edib münasibətə son qoyur.Bu cür hadisələr hər zaman marağıma səbəb olub. Maraqlıdır, axı niyə insanlar hər zaman sıxıntıya düşəndə yalana əl atmağa üstünlük verirlər? Niyə saf və təmiz münasibəti yox, aldatmağı seçirlər?Bəlkə də, aldanan tərəf özləri buna razıdılar? Bəs siz necə, aldatdınızmı, yoxsa aldandınızmı?
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!