Yalanı necə anlamaq olar?

Yalanı necə anlamaq olar?
Maraqlı məlumatlar
10.09.2017 21
Mərkəzi kəşfiyyat idarəsinin sabiq işçiləri Filip Hyuston, Maykl Floyd və Suzan Kanniçero özlərinin peşəkar yalanı aşkar etmə qabiliyyətlərini heyranedici, indi səliqəli dəri üzlükdə tapılan "Yalanı Aşkar Et" adlı bir kitabda ifadə etmişlər. Aşağıda kitabdan verilən çıxarışda müəlliflər bir kəsin yalan danışmasının 6 işarəsini aşkar edirlər.



Davranışda fasilə və yaxud ləngimə. Siz bir kəsə sual verirsiniz və ilkin olaraq heç bir cavab almırsınız. Bir qədər ləngiyəndən sonra o cavab verməyə başlayır. Sizcə ləngimə əsaslı şəkildə nə qədər müddətə olmalıdır, siz onu yalanın göstəricisi hesab etməzdən nə qədər öncə? Bu şəxsdən və şəraitdən asılıdır.



Bu məşqi öz dostunuzda sınayın: Ona belə bir sual verin: "Yeddi il bundan öncə elə bu tarixdə, həmin gün sən nə edirdin?” Həmin şəxs istisnasız olaraq cavab verməzdən öncə fasilə verəcək, çünki bu elə bir sualdır ki həqiqətən də dərhal cavab doğurmur – insan onun haqqında düşünməlidir və çox güman ki hələ də normal əsaslı bir cavab verə bilməyəcək. İndi isə ona belə bir sual verin: "Yeddi il bundan öncə elə bu tarixdə, sən qazdoldurma məntəqəsini qarət etmisənmi?” Əgər dostunuz bu suala cavab verməzdən öncə fasilə edirsə, o zaman yəqin ki siz dostlarınızı daha ehtiyatla seçməlisiniz. Və çox güman ki əksər hallarda heç bir fasilə olmayacaq – dostunuz dərhal cavab verəcəkdir: "Yox!”, yaxud "Əlbəttə ki yox!”.  Bu, sadə bir çalışmadır, ancaq həmin məqamı agah edir ki, ləngimə onun suala müvafiq olub-olmamasına görə nəzərə alınmalıdır.



Şihafi/qeyri-şifahi uyğunsuzluq. Bizim beyinlərimiz elə qurulmuşdur ki, şifahi və qeyri-şifahi davranışlarımızın təbii şəkildə bir-birinə uyğun gəlməsinə səbəb olur. Beləliklə, uyğunsuzluq olduğu zaman, biz hesab edirik ki, bu potensial yalanın göstəricisidir.



Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir.



Müşahidə etmək üçün ümumi şifahi/qeyri-şifahi uyğunsuzluq o zaman baş verir ki, həmin şəxs "Yox” deyərkən inandırıcı şəkildə başını yelləyir, yaxud "Bəli” deyərkən başını bir tərəfdən digər tərəfə çevirir. Misal üçün, əgər siz hər-hansı bir suala cavab vermək üçün həmin uyğunsuzluğu canlandırmaq istəsəydiniz, aşkar edərdiniz ki, həqiqətən də özünüzün jestlərinizi məcbur etməlisiniz. Artıq yalan söyləyən adam isə hətta bu barədə düşünmədən potensial şəkildə həmin hərəkəti edəcəkdir.



Bu xüsusi göstərici ilə əlaqədar olan bir sıra şərtlər (xəbərdarlıqlar) vardır. Birincisi, bu göstərici bir sözlü, yaxud qısa frazalı cavabda deyil, yalnız nəqli, izahedici cavabda tətbiq olunur. Düşünün ki, misal üçün, insan "Yox!” deyərkən başı ilə sərt bir yelləmə jesti edə bilər. Bu əlaqəsizlik deyil; sadəcə vurğulamaqdır. İkincisi, yadınızda saxlamaq vacibdir ki, bəzi xalqların mədəniyyətində başını tərpətmək jesti "bəli” mənasını vermir, və sağa-sola yırğalamaq isə "yox” demək deyil.



Ağzını və ya gözlərini gizlətmək. Yalançı şəxs çox zaman həqiqəti danışmayanda ağzını və ya gözlərini gizlədəcəkdir. Yalanı ört-basdır etməyi istəmək kimi təbii bir tendensiya vardır, beləliklə də, əgər şəxsin əli o, suala cavab verərkən ağzının önünə gedirsə, bu ciddi göstəricidir. Eynilə də, bir kəsin özünü onun aldatdığı şəxslərin reaksiyasından müdafiə etmək, qapamaq kimi təbii üstünlük verdiyi hərəkət vardır. Əgər bir şəxs suala cavab verərkən gözlərini qaçırdırsa, bununla da göstərmiş olacaqdır ki, o, söyləmiş olduğu uydurmaya verilən reaksiyaya tab gətirə bilmir. Bu cür qorunma əllə də tamamlana bilər, yaxud da hətta insan gözlərini yuma bilər. Biz burda göz qırpmaqdan danışmırıq, ancaq əgər şəxs cavaba reaksiya tələb etməyən sualı cavablandırarkən gözlərini yumursa, biz bunu gözlərini gizlətmək vasitəsi və çox güman ki yalan göstəricisi hesab edirik.



Boğazını arıtlamaq və ya udqunmaq. Əgər bir şəxs suala cavab verməzdən öncə boğazını arıtlayırsa (təmizləyirsə) və yaxud dərindən udqunursa, bu artıq potensial problemdir. Əgər o, bunu bizə cavab verdikdən sonra edirsə, bizi narahat etmir. Ancaq əgər o, bunu cavab verməzdən qabaq edirsə, bəzi şeylər baş verə bilər. O, şifahi şəkildə "Mən Allaha and içirəm, Allaha and olsun ki...” kimi şifahi ifadənin emosional jestini edə bilər – öz yalanını bizə təqdim etməzdən öncə onu Bazar günü gəzməyə gedirmiş kimi bəzəyib-düzəyərək. Yaxud da psixoloji baxımdan, sual bir narahatlıq tıxacı yarada bilər ki, bu da ağızda və ya boğazda diskomfort, yaxud quruluğa səbəb ola bilər.



Yalan söyləyən adam öz qalstukunu və ya köynəyinin manjetini, ya da ki eynəyini düzəldə bilər.



Əldən-üzə hərəkəti. Bir şəxs sizin sualınıza cavab verərkən onun üzü ilə və yaxud başı ətrafında nə etdiyini müşahidə edin. Bu, çox zaman dodaqların dişləmək və yaxud yalamaq kimi, və ya dodaqlarını və qulaqlarını dartışdırmaq kimi formada baş verə bilər. Səbəbi sadə kollec elminə gedib çıxır. Siz bir sual verdiniz, və sual narahatlıq yaradır, çünki düzgün cavab cavablandıran şəxsə qarşı günahlandrıma, ittihama səbəb olacaqdır. Bu da öz növbəsində avtomatik əsəb sisteminin narahatlığı sakitləşdirmək üçün işə düşməsinə təkan verir, üzün səthində, qulaqlarda və ətraflarda qanın çəkilməsi – hansı ki soyuq və yaxud qaşınma duyğusu yarada bilər. Hətta insan özü hiss etmədən onun əlləri həmin hissələrə doğru gedir, əllər ya bərk-bərk sıxlır, yaxud da birbirinə sürtülür. Bum! – siz yalançı göstəricini yaxalamısınız.



Hazırlaşdırıcı jestlər. Bəzi insanların öz narahatlıqlarını yatızdırmaq üçün etdikləri başqa üsul bir kəsi və yaxud yaxın ətrafını hazırlaşdırmaq formasında fiziki hərəkətlərdir.



Suala cavab verərəkən yalançı şəxs öz qalstukunu və yaxud köynəyinin manjetini düzəldə bilər, yaxud öz eynəyini səliqəyə sala bilər. Yalançı qadın saçının bir neçə telini qulağının arxasına keçirdə bilər, yaxud yubkasını düzəldəcəkdir. Biz həmçinin tərləmənin idarə olunmasına da diqqət yetiririk. İnsan tərləyə bilər, bu bizi narahat etmir, ancaq o dəsmalını çıxardırsa (ya da ki, yəqin barmaqsız əlcəklə) və suala cavab verərəkən qaşının üstündəki təri silirsə, bu artıq mühüm amildir. Ətrafını səliqəyə salmaq başqa bir hazırlaşıcı jestdir. Siz sual verirsiniz, və qəfildən telefon düzgün formada yanmır, su stəkanı çox yaxındadır, yaxud da ki karandaş düz yerində deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!