10 məşhurun son sözü

10 məşhurun son sözü
Maraqlı məlumatlar
10.09.2017 17
Tarixdəki bir çox məşhurların ölümə özünəməxsus və ironik münasibəti olub. Onların bir çoxunun ölüm anında dedikləri sözlər də bunu isbat edir. 10 məşhurun ölümdən öncə dedikləri son sözləri təqdim edirik.



Oskar Uayld (1844-1900) – Tanınmış ingilis yazıçısı Parisdəki ucuz mehmanxanalardan birində can verib. Ölümün yaxınlaşdığını hiss edən Uayld otel otağında zövqünə uyğun gəlməyən divar kağızlarına baxaraq ironiya ilə "çox öldürücü rənglərdi! İkimizdən biri burdan getməli olacaq” deyir və bir neçə dəqiqədən dünyasını dəyişir.



Mariya Antuanetta (1755-1793)
– Fransa kraliçası ölkədə monarxiya devrildikdən sonra edam cəzasına məhkum edilmişdi. O, qərarın icra olunması üçün edam kürsüsünə yaxınlaşanda təsadüfən cəlladın ayağını tapdalayır. "Msyö, xahiş edirəm bağışlayın, mən bunu təsadüfən etdim”-deyə üzr istəyən kraliça bir neçə dəqiqə sonra həmin cəllad tərəfindən edam olunur.



Yelizaveta Petrovna (1709-1761) – Rusiya imperatriçəsi təbibləri təəccübləndirərək ölümündən 10 saniyə öncə qəfil ayağa qalxaraq "mən hələ ölməmişəm?” – deyə sual edib. Lakin özlərini itirmiş təbiblər cavab verə bilməmiş imperatiriçə keçinir.



Yucin O'Nil (1888-1953)
– Ameriikalı dramaturq ölüm ayağında olarkən "Mən elə də bilirdim! Mən elə də bilirdim! Mehmanxanada doğulacam və lənətə gəlmiş mehmanxanada da öləcəm” deməsi ilə məşhurdur.



Mata Xari (1876-1917) – Tarixin ən məşhur qadın casusu. Almaniyanın xeyrinə casusluq etdiyi üçün fransızlar tərəfindən güllələnən zaman onu nişan almış silahlı əsgərlərə "hava öpüş”ü göndərərək "oğlanlar, mən hazıram” deyib və ölümü təbəssümlə qarşılayıb.



Somerset Moem (1874-1965) – Məşhur ingilis yazıçısı ölüm yatağında olarkən "ölmək çox darıxdırıcı və maraqsız işdir. Mənim sizə məsləhətim – heç vaxt bu işlə məşğul olmayın”-deyərək ətrafına toplaşmış yaxınlarına yarızarafat-yarıciddi müraciət edib və dünyasını dəyişib.



Uilyam Saroyan (1908-1981) – Amerikalı yazıçı xərçəng xəstəliyindən əziyyət çəkdiyi zaman "Hər kəs ölməlidir. Fikirləşirdim ki, mənim üçün istisna eləyəcəklər. Amma əvəzində?”- deyərək dünyadan köçüb.



Cozef Qrin (1914-1990) – Bütün ömrü boyu adəti üzrə nəbzini yoxlayardı. Yazıçının son sözləri "nəbzim itdi” olub.



Litton Streyçi (1880-1932) – İngilis yazıçısı gözlərini əbədi yummazdan öncə "əgər ölüm məhz budursa, mən bundan heç də məmun olmadım” deyib.

 

Mixail Saltıkov-Şedrin (1826-1889) –Tanınmış rus yazıçısı ölümünün yaxınlaşdığını hiss edərək "bu sənsən, axmaq”- deyərək dünyadan köçüb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!