Orqanizmin 5 dözümlülük həddi

Orqanizmin 5 dözümlülük həddi
Maraqlı məlumatlar
10.09.2017 7
İnsan çox şeylərə qadir olsa da, bu qadirliyin, orqanizmin dözümlülüyünün son həddi, limiti var. Bu hədd yetişəndə o öz həyatı ilə vidalaşmalı olur.

Orqanizmin 5 dözümlülük həddini təqdim edirik:



1. Bədənin temperaturu

Adətən normal insanın temperaturu +35.8-lə +37.3 dərəcə selsi arasında dəyişir. Ümumilikdə isə insanın dözə biləcək temperatur dərəcəsi +20 dərəcə selsidən +41 dərəcəyə qədərdir. Bədənin hərarəti 41dərəcədən yuxarı qalxanda orqanizmdə xeyli maye itkisi baş verir, orqanlar zədələnməyə başlanır. Temperatur 20 dərəcədən aşağı düşdükdə isə qan dövranı dayanır.



2. Orqanizmdə qanın miqdarı

3 litr, yəni orqanizmdə olan qanın ümumi miqdarının 40-50 faiz itirilməsi son həddir. Qan çatışmazlığı ürəyin işini tam zəiflədir. Belə ki, 3 litr qan itiriləndə ürək lazımi miqdarda olan qanı ötürə bilmir, təzyiq aşağı düşür, beyinin və bütövlükdə orqanizmin qan vasitəsi ilə oksigenlə təmin olunması prosesi dayınır ki, bu da ölümlə nəticələnir. Yalnız bir dəfə rekord həddə 4 litr yarım qan itirmiş insanın həyatı xilas olub.



3. Su çatışmazlığı

İnsanın susuzluğa dözümü 7-10 gündür. Uzun müddət su çatışmazlığı olanda qan o qədər qatılaşır ki, damarlarda dövran edə bilmir. Ürək qanın qatı olmasından onu ötürməyə gücü çatmır. İnsan bədəninin üçdə ikisi sudan ibarət olduğuna görə onun çatışmazlığı bütün orqanizmə mənfi təsir göstərir və uzun müddətdən sonra (maksimum 10 gün) bütün bu fəsadlar ölümlə nəticələnir.



4. Aclıq

Qida maddələrinin qəbul edilməməsi bütün orqanizmin fəaliyyətinə təsir göstərir. Ac qalmaq ürəyin fəaliyyətini zəiflədir, xolesterinin səviyyəsini qanda artırır, qaraciyər və böyrəklərin yenidən bərpası mümkün olmayan xəstəliklərini yaradır. Uzun müddət ac qaldıqda orqanizmin immuniteti sıfır vəziyyətinə enir, bədənin ümumi tonusu aşağı düşür. Məhz elə gündəlik normal qidalanma bədənin enerjisini təmin etmək üçündür. Sağlam insan normal şəraitdə, istənilən vaxt su icmək şərtilə maksimum 60 gün qidasız yaşaya bilər. Təəsüf ki, dünyada hər gün 25 min insan aclıqdan ölür.



5. Səs gücü

İnsan maksimum 190 desibel səs gücünə tab gətirə bilir. Səsin səviyyəsi 160 desibelə catanda qulaq pərdələri cırılır. Belə güclü səslər daha intensiv, tez-tez qəbul olunanda o bütün orqanizmə mənfi təsir göstərir və ağziyərləri də zədələyir ki, bunun nəticəsində hava qana düşür. Bu da öz növbəsində qan damarlarının tıxanmasına səbəb olur, şok yaradır, miokard infarkt baş verir, sonda isə ölümlə nəticələnir. Qulaqcıqlar vasitəsi ilə güclü səslə musiqiyə qulaq asmağı sevənlər bunu nəzərə almalıdırlar.

Özünüzü son həddlərdən qoruyun. Dözümlülük limitini keçməyin ki, sağlam və uzunömürlü olasınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!