Cəhənnəmə xoş gəldiniz!

Cəhənnəmə xoş gəldiniz!
Maraqlı məlumatlar
10.09.2017 10
Darvaz Türkmənistanda yerləşən sirli və qəribə yerdir. Təsəvvür edin ki, hər tərəfdə səhradır və birdən qumların içərisində alov püskürən kraterə rastlayırsınız.



Məsələ ondadır ki, 1971-ci ildə burada qaz axtarışı üçün quyu qazılır. Bu zaman dərin yeraltı çuxura rast gəlirlər. Buruq bütün avadanlıq və nəqliyyatla birgə buraya yuvarlanır. İnsanlar heç bir zərər görmürlər. Texniki mənşəli kraterdən isə təbii qaz püskürməyə başlayır. İnsanların və heyvanların zəhərlənməməsi üçün qazı yandırırlar. O vaxtdan bəri – artıq 41 ildir ki, sönməz məşəllər yanır. Təbii sərvət boş-boşuna yansa da, etiraf edək ki, mənzərə buna dəyər. Əbəs yerə mənzərəyə tamaşa etməyə gələnlər buranı "Cəhənnəm qapısı” adlandırmırlar ki?!


 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!