Əgər köləlik həyatdırsa, bəs onda ölüm nədir?

Əgər köləlik həyatdırsa, bəs onda ölüm nədir?
Maraqlı məlumatlar
10.09.2017 74
Xoşbəxtliklə keçən illərdə günlər gün kimi,bədbəxtliklə keçən illərdə isə il kimi keçir......



Xoşbəxt və böyük o adamdır ki,özgə arvadını görəndə kordur,özgə varı üçün gedəndə axsaqdır,özgə barədə söyüş eşidəndə kardır.....



Xoşbəxtliyi heç bir kələklə əldə edə bilməzsən.Onu əldə etməyin ən yaxşı yolu -həyatda sevinc tapa bilməyi öyrənməkdədir.....



Xoşbəxtlik və bədbəxtlik -ürəkdədir.......



Xoşbəxtlik ardınca bədbəxtlik,bədbəxtlik ardınca xoşbəxtlik gəlir.Fasiləsiz bədbəxtlik və ya xoşbəxtlik ola bilməz...

 

Xoşbəxt odur ki,tapar yeyər,bədbəxt odur ki,qoyub gedər......

 

Xoşbəxtlik və bədbəxtlik nə qədər taledən asılıdırsa ,bir o qədər də insanın öz mənəviyyatından asılıdır......

 

Xoşbəxtlik saata bənzəyir:mexanizm nə qədər sadə olarsa,bir o qədər gec xarab olar......

 

Necə bir bədbəxtliyə düçar ola biləcəyini başa düşən adam artıq müəyyən dərəcədə xoşbəxtdir.......

 

Qələbə nifrət oyadır.Məğlubiyyət kədər gətirir.Yalnız qələbə və məğlubiyyətdən əl çəkənlər,sakit və xoşbəxt yaşayırlar.......

 

Şöhrətpərəstin  xoşbəxtliyi -özgələrinin bədbəxtliyidir......

 

İnsan tənhalıqda daha xoşbəxt olur,nəinki cəmiyyət içində.Ona görə deyilmi ki,təklikdə biz əşyalar haqqında düşünürük,cəmiyyət içində isə insanlar haqqında.....

 

Xoşbəxt doğulmadığını deyən adam heç olmazsa qohum və dostlarının xoş güzəranına baxıb sevinə bilərdi.Paxıllıq bu sevinci də onun əlindən alır.....

 

Yalnız azadlıqda doğulmağa dəyər.Əgər köləlik həyatdırsa,bəs onda ölüm nədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!