Pulla Aran Necədir?

Pulla Aran Necədir?
Maraqlı məlumatlar
10.09.2017 22
Var-dövlətə sahib olmaq bir az qəliz məsələdir. Bəziləri onu asanlıqla əldə edir, bəziləri isə illər boyu əziyyət çəkir. Bəs siz necə, pullar sizi sevirmi?
 
1.Təsəvvür edin ki, əlavə pulunuz var. Onu nə edəcəksiniz? a)yatırım edəcəyəm ki, daha da çox olsun b)bankda hesab açacağam c)xəyal etdiyim əşyanı əldə edəcəyəm
2.Bahalı hədiyyə aldığınızda hansı hisslər keçirirsiniz? a)məmnunluq b)sevinc c)utanma
3.Tanışlarınızdan tez-tez borc alırsınız? a)heç vaxt b)nadir hallarda c)müntəzəm olaraq
4.Dolların məzənnəsinin dəyişməsi əhvalınıza necə təsir edir? a)düz proporsional b)tərs proporsional c)heç cür
5.Zəngin insanlar bahalı əşyalar almalıdır qanununa riayət edirsiniz? a)bəli b)hərdən c)xeyr
6.Təsadüfən pul tapsanız onu götürərsiniz? a)xeyr, mən tapıntılarla deyil, qazandığım pullarla yaşayıram b)əgər maddi vəziyyətim pis olsa c)mütləq
7.Aldığınız əşyaların qiymətləri haqqında danışmağı xoşlayırsınız? a)bu mövzu mənim üçün bağlıdır b)niyə də yox c)bəli, bu mənə qürur verir
8.Sizə qaytarılan pulun qalığını sayırsınız? a)mütləq b)unutmasam c)tənbəllik edirəm
 



Yekun Hər “A” cavabına görə 3 bal, “B” cavabına görə 2 bal və “C” cavabına görə 1 bal əlavə edin. 19-24: Siz anadangəlmə maliyyə mütəxəssisiniz və heç bir böhran sizə təsir edə bilməz. İtirdiyinizdə tapırsınız, yıxıldıqda mütləq ayağa qalxırsınız. Lakin hərdən pul sizin məqsədinizə çevrilir və bu, artıq pis əlamətdir. 14-18: Pullarla münasibətiniz bir az çətindir, onlar ya çox gəlir, ya da gedir. Buna müqabil, zəngin insanların yaşadığı stresi yaşamayacaqsınız və çətinliklərdən qısa zamanda azad olacaqsınız. 8-13: Pullar sizi sevmir, amma siz də onlara o cür münasibət bəsləyirsiniz və bu adi insan üçün ağlasığmazdır.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!