Güzgülər haqqında bilmədiklərimiz

Güzgülər haqqında bilmədiklərimiz
Maraqlı məlumatlar
10.09.2017 47
Güzgülər digər dünyaya qapıdırmı?

Güzgülər fövqəltəbii varlıqlarla həqiqət arasında vasitədirmi?


Bizim dünyadan fərqli dünyalar varmı? Lap qədim zamanlardan bu suallar insanları düşündürmüş və hələ də düşündürməyə davam etməkdədir. Bir sıra alimlər isə güzgülərin sirli olduğunu təsdiqləyir.

Əsrlər boyu insanlarda güzgülərə okkultizm (müəmmalar haqqında elm) marağı olub. Şumer dövlətində öncədən xəbər verən şəxslər və kahinlər güzgüdən istifadə edərdi. "Qırmızı otağın xəyalları”- qədim Çin hekayəsində rahib bir tərəfində həqiqəti, digər tərəfində isə qeyri-həqiqəti əks etdirən iki tərəfli güzgü ixtira edir. Ta qədim zamanlardan insanlar güzgüyə baxarkən fövqəltəbii varlıqları, təsvirlərinin gözlərini qırpmadan onlara zillənməsi hallarına rast gəlib.

İddia olunur ki, güzgülər gələcəyi, ruh, cin və digər izah olunmaz varlıqları əks etdirir.

Güzgülərlə zarafat etmək olmaz.

Görücü, cadugər, falçı, magiya ilə məşğul olan hər kəs güzgülərin fövqəltəbii qüvvələrə malik olduğunu iddia edir.

Amerikan qəzetlərindən biri "Güzgü ilə nələri etmək olmaz?” adlı kiçik araşdırma edib. Ehtiyat tədbirləri aşağıdakılardır:

Güzgüyə heç bir zaman şam işığında baxmayın, əks halda evinizi qorxunc vəziyyətdə görə bilərsiniz.

Əgər güzgüyə ağ şamla iki hündürlük arasında baxsanız, vəfat etmiş sevdiyiniz insanın ruhunu görə bilərsiniz. Və bu zaman onun ruhu sizin güzgüdə qala bilər.

İldırım zamanı güzgünü örtün çünki işıq güzgüdən ruhları azad edə bilər.

Vəfat etmiş insanın evindən güzgü götürmək pis əlamətdir.

Təzəlikcə vəfat etmiş insanın otağındakı güzgüdə onun əksini görən insan tezliklə özü də vəfat edəcək.

Hesab olunur ki, ruh dolaşan evdə güzgülər onu tutub saxlayır.

Dünyanın bir çox yerlərində insan ölmüş evdə güzgülərin üzəri bağlanır. Belə hesab olunur ki, insan ölərkən onun ruhu güzgüyə həkk olunur və onun cənnətə getməsinə maneçilik törədir. Nəsilbənəsil ötürülmüş şifahi ənənələrdə deyilir ki, güzgünü cinlər məhz bu məqsəd üçün icad edib.

Bir çox qədimi güzgülər nazik və gümüş örtüklüdür. İnternet satış saytı olan "eBay”-də bir sıra insanlar öz qədim güzgülərini satışa qoyublar. Amerikalı cadugərlərdən biri iddia edir ki, gecələr ruhların dolaşdığı evdə güzgünü yataq otağının qapısının yanında asmaq lazımdır. Güzgünü qapı zənn edən ruh güzgüyə daxil olduqda oranı tərk etməkdə çətinlik çəkir.

Güzgü ilə bağlı qorxunc hadisələrdən biri bu yaxınlarda  baş verib.

2013-cü ildə Böyük Britaniyadan olan 20 yaşlı tələbə və 34 yaşlı otaq yoldaşına ev sahibəsi güzgü hədiyyə edir. Tələbələr iddia edir ki, güzgünü aldıqdan sonra onlar maliyyə çətinliyi, xəstəlik və bir sıra digər problemlər yaşayıblar. Bundan əlavə, onlar qeyd edirlər ki, tez-tez evdə qara kölgələr, işıqlı şar parçaları görür. Qoz ağacından hazırlanmış gümüşü güzgünün təsiri altında otaq dostları gecə kabusları ilə də qarşılaşıb. Hətta səhərlərin birində oğlanlardan biri qolundakı cırmaq yaralarından oyanır. Qədim əşya evə gətirildikdən sonra hər iki tələbə yuxusuzluqdan əziyyət çəkməyə başlayıb. Bundan sonra, yoldaşlar güzgünü "eBay”-də 100 funt sterlinqə satışa qoyub. Tələbə deyir: "Fikrimcə kimsə güzgünün qarşısında öldürülüb və bu səbəbdən evimizdə kabus gözə dəyir”. Güzgü sosial şəbəkədə satışa qoyulduqdan sonra 20,000 çox insan onu əldə etməyə çalışıb. Tələbələr dəhşət içində qeyd edir ki, bir gecə yarı möhkəm qışqırıq sədaları altında yuxudan durarkən otaqda kölgələrin gəzişdiyini sezib. Bu hadisədən sonra güzgünü satmaq qərarına gəliblər. Oğlanlar evdə tez-tez əşyaların itdiyini və bunun səbəbini də güzgüdə gördüklərini bildiriblər.

Helen Layl adlı tələbə əfsanələr haqqında dissertasiya işi yazırdı. Şəhərlərin birinə səyahət edən Helen "Kabrini Qrin” ("Cabrini Green”) və "Kandiman” ("Candyman”) haqqında əfsanələr eşidir. Şəhər əhalisi inanırdı ki, qaranlıq otaqda güzgü qarşısında onun adını 5 dəfə söylədikdə bir əlli qarmaqlı bir kişi peyda olur. Əlbəttə, Helen bu inanclara şübhə ilə yanaşırdı. Bütün xəbərdarlıqlara baxmayaraq bu faktı araşdırmağa başlayanda bir sıra dəhşətli qətllər başlandı.

Güzgülərlə bağlı çoxsaylı sənədlər mövcuddur. İnsanlar daha çox bu halda fövqəltəbii varlıqlara rast gəlir:

Köhnə bir güzgü alınıb evə gətirildikdə

İnsanlar təzə evə köçərkən evin əvvəlki sahibindən güzgü qaldıqda

İnsanlar güzgü ilə fala baxdıqdan sonra qeyri-adi varlıqların peyda olduğuna şahid olublar. Adətən, güzgü ilə fala baxdıqdan sonra onun üzərini örtüb kənara qoymaq lazımdır.

Güzgülərlə bağlı olan inancların hamısı neqativ deyil. Məsələn:

Gənc qız kimə ərə gedəcəyini bilmək üçün güzgü qarşısında əyləşərək alma yeyir sonradan isə saçını darayır. Ehtimal olunur ki, bunları edən zaman gələcək həyat yoldaşı onun arxasında görünəcək.

Əgər bir insan tək qalıb dərd çəkirsə və bölüşməyə kimsəsi yoxdursa, o zaman, güzgüyə baxıb zillənmək lazımdır. Bütün kədər, dərd öz-özünə yoxa çıxacaq.

Güzgülərlə bağlı müəmmalar hələ də davam etməkdədir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!