Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir...

Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir...
Maraqlı məlumatlar
10.09.2017 19
İstemirem ki, kimse özünü cinayetkar hesab etsin. Ve istemirem ki, vicdanınız sizi incitsin. Heyat onsuz da axır-evvel hamını vicdansız edir. Burda her kes azaddır. Biz getdiyimiz her yerde xeyanet ve yalanla üz-üze dururuq. İnsanlar çox azğınlaşıb. Üreklerde qeribe bir xestelik var. Ve bu xestelik günbegün artır. Evvelce hamı işıqlı geleceye, ümidli sabaha inanır. Hamı ele bilir bir gün gelecek ve o arzularına çatacaq. Her birimizin arzusunda o gözel şahzade var. İllerle bizi gözleyen gözel şahzade. Amma biz onunla her defe rastlaşanda daha bir isterika ve kaprizle üzleşirik. Her bir qız xeyallarında o qehremanı görür. Amma qarşısına çıxan kes özünden razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı ele bilirdik ki, en gözel ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı ve ilk defe gözel evin ne olduğunu gördük. Biz ele bilirdik ki, filmlerdeki super qehremanlardan biriyik amma ilk küçe davasında ne qeder zeif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, en ağıllı bizik. Ama mektebe gedende elaçıları gördük, sonra lövhedeki misalları. Bir gün ise biz vuruluruq ve ilk mehebbet bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirelerimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yegane derd deyil. Dünya çox çirklenib. Mobil telefonlar ve notbuklar artır. Yeni maşınlar gelir. Biz inkişaf edirik. Ama artan tekce bunlar deyil. Her 6 deqiqede bir ev soyulur. Cinayetlerin sayı her gün artır. İntiharlar öz rekord seviyyeye catıb. Aileler dağılır. Bezi ölkelerde ümumiyyetle aile qurulmur. Kişiler kişilerle yatır, cavanlar bir gün bele narkotiksiz qala bilmirler. Körpeler artıq cizgi filmine yox, pornofilmlere baxır Ya da ki, tesadüfen kiçik qız anasının yataq otağındakı yeni dostunun qeribe hereketlerini görür. Anası ise fikrini yayındırıb qızına otaqdan çıxmasını demek istemir. Çünki başı çox qarışıqdı. Bizim de başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik emeliyyatdan çıxmış çılpaq sineler bize daha xoş gelir. Heç kes bu gün gözel olmaq istemir. Hamı seksual olmaq isteyir. 21-ci esr 3 sözden ibaretdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlene bilmeyeceyik. Çünki gözel qızla evlenenden sonra bileceyik ki, deme evvel oğlan olub sadece cinsini deyişib. Bir azdan heroin dükanlarda satılacaq üzerinde ise kiçik bir yazı olacaq: "Sehiyye Nazirliyi xeberdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır". Ev itlerine xerclenen pula Afrikada acından ölen bütün uşaqları xilas etmek olar. Bize bu maraqlı deyil. Biz köhne avtomobili yenisine deyişmeyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbeti xeyaneti onun hansı refiqesi ile etmeyi... Sene öyredilen her şeyi unut. Sen qum deneciyi qeder kiçiksen. Sen heyatın boyu ölümü düşünmeden yaşayırsan. Ölüm gelende ise deyirsen "Men ki heç yaşamadım". 100 il sonra ise sene göre heç kes ağlamayacaq. Sene danışılan heç neye inanma. Senin beynini uşaq nağılları ile doldurdular. Seni inandırdılar ki, bir gün Simurq quşu gelecek ve bizi qaranlıq dünyadan xilas edecek. Sen heç vaxt xoşbext olmayacaqsan. Çünki, gözel pencere tekce şüşenin temizliyinden yox, hem de menzereden asılıdır. Bizim arzularımız yoxdu. Bizim hedeflerimiz var. Biz Tarixin sınma nöqtesiyik. Biz qorxularımızı ümidlerimizin yanında basdırdıq. Bizim üçün deyerli heç ne yoxdur. Biz uça bilmeyeceyimizi derk etmiş körpelerik. Sene inanan her kesi aldat. Seni terifleyen her kesi söy. Bizi öldürmeyen bizi güclendirir. Bizim gücümüz zeifliyimizi anlamağımızdadır. Biz ne qehremanlarıq, ne de ki edalet döyüşçüleri. Bizim döyüşümüz özümüze qarşıdır!



Müəllif: QaraQanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!