Hitit duası

Hitit duası
Maraqlı məlumatlar
10.09.2017 19
Hititlər tarixdə Anadoluda dövlət qurmuş bir uyqarlıqdır. Hind-Avropa dil ailəsinə daxil olan bir dildə danışdıqları üçün Hind-Avropa mənşəli bir birlik olduqları qəbul edilir.



Aşağıda yer alan sözlər 4 min illik bir «Hitit duası»na aiddir.



Tanrım, məni yavaşlat...



Ağlımı sakitləşdirərək qəlbimi dincəlt...



Zamanın sonsuzluğunu göstərərək bu təlaşlı sürətimi tarazla...



Günün qarışıqlığı içində mənə sonsuza qədər yaşayacaq təpələrin sükunətini ver...



Sinirlərim və qaşlarımdakı gərginliyi yaddaşımda yaşayan axar suların melodiyasıyla yu, götür...



Yuxunun o ovsunlayıcı və şəfaverici gücünü hiss etməyimə kömək ol…



Ani gözəllikləri yaşaya bilmə sənətini öyrət; bir çiçəyə baxmaq üçün yavaşlamağı, gözəl bir köpəyi, ya da pişiyi oxşamaq üçün durmağı, gözəl bir kitabdan bir neçə sətir oxumağı, balıq ovlamağı, xülyalara dala bilməyi öyrət...



Hər gün mənə tısbağa və dovşan məsəlini xatırlat. Xatırlat ki, yarışı hər zaman sürətlə qaçanın qazanmadığını, həyatda sürəti artırmaqdan çox daha önəmli şeylər olduğunu bilim...



Məni eşq korluğundan və yalanlarından qoruyacaq dostlar ver...



Heybətli palıd ağacının budaqlarından yuxarıya doğru baxmağımı təmin et. Baxıb görüm ki, onun belə güclü və böyük olması yavaş və yaxşı böyüməsinə bağlıdır ...



Məni yavaşlat, Tanrım və köklərimi həyat toprağının qalıcı dəyərlərinə doğru göndərməmə kömək et...



Kömək et ki, taleyimin ulduzlarına doğru daha yetkin ve daha sağlıqlı olaraq yüksəlim...



Və hər şeydən önəmlisi...

Tanrım, mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirmək üçün cəsarət, dəyişdirə bilməyəcəyim şeyləri qəbul etmək için səbr, ikisi arasındakı fərqi bilmək üçün ağıl və hikmət ver...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!