Milli toy adətlərimiz

Milli toy adətlərimiz
Maraqlı məlumatlar
10.09.2017 12
Biz onları yaşadırıqmı?

"Şərq"in araşdırma qrupu Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb



Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.

   

Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası isə bu gün bizlərin üzərinə düşür.

   

Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?

   

Birinə "adət-ənənələrimiz itir" deyəndə, "müasirləşirik də!" cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmən insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Bir də Azərbaycana baxaq. "Müasirləşirik də" cavabını verənlər oralarda olsaydılar, yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, guya öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsas odur ki, gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax, o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!