Dünyamız haqqında 25 qısa fakt

Dünyamız haqqında 25 qısa fakt
Maraqlı məlumatlar
10.09.2017 4
Dünya haqqında təsəvvürlərinizi dəyişdirə biləcək faktlar...
Gənc və ya artıq yaşlı olmanızdan asılı olmayaraq bu dünyada bilmədikləriniz var və olacaq.
Sadəcə hər şeyi bilmək mümkün deyil.
Mövcud dünya haqqında təsəvvürlərinizi dəyişdirə biləcək faktları sizə təqdim edir:  
 

1. Yer kürəsinin əhalisinin yarısı qarı yalnız şəkillərdə görüblər.
2. Eyfel qülləsini hər 7 ildən bir rəngləyirlər.
3. Çində müəllimlər uşaqlara sinifdə 20 dəqiqə ərzində yatmağa icazə verirlər ki, onlar yaxşı oxusunlar.
4. Osakada (Yaponiya) ofis binalarından keçən yol mövcuddur.
5. Beş nəfərdən ikisi ilk məhəbbətləri ilə evlənirlər.
6. Mütəmadi olaraq 21 gün
hansısa bir qaydaya əməl etsəniz bunun sizin üçün vərdişə çevriləcəyi
elmi cəhətdən sübut edilib. Sadəcə 21 gün dözmək lazımdır, sonra asan
olacaq.
7. Reyyavikdə qızdırıcısı olan trotuarlar çəkirlər ki, qışda yağış və ya qar yağarkən donub buz bağlamasın.8. Aktrisa Şirli Henderson "Harri Poter” filmində 13 yaşlı ağlağan
məktəbli qız "Mirtl” rolunu oynayıb. Çəkiliş zamanı onun 40-a yaxın yaşı
olub.
9. Çarli Çaplin bənzərləri müsabiqəsində Çaplinin özü üçüncü yeri tutub. 
10. Koala gün ərzində 18 saatdan 22 saata qədər yatır.
11. Pluton planeti Rusiyadan kiçikdir.
12. Dələlər də pişiklər kimi miyoldayırlar.
13. Kupik Rubik dünyada ən çox alınan əşyadır. İkinci yerdə isə iPhone-dur.
14. 1-3 aylıq uşaqlar göz yaşı olmadan ağlayırlar.
15. Göydə olan ulduzların sayı, yerdə olan qum dənəciklərinin sayından çoxdur.
16. Kolibri geriyə uça bilən yeganə quşdur.
17. Con Rokfeller 100 min
pul qazanmaq və 100 yaşa çatmağı arzulayırdı. 192 milyon dollar qazanan
Rokfeller 97 yaşında öldü. Xəyalların hamısı gerçək olmur.
18. Tokio zooparkı heyvanların insanlardan dincəlmələri üçün ildə iki ay bağlanır.
19. Rusiya ilə Amerikanı cəmi 4 km məsafə ayırır.
20. Uşaqlar gündə orta hesabla 400 dəfə, böyüklər isə 15 dəfə gülümsəyirlər.
21. Okeanda ən səs-küylü varlıq xırda dəniz xərçəngləri krevetlərdir.
22. Telefonun ixtiraçısı
Aleksandr Qreyam Bell bir dəfə də olsun anasına və arvadına zəng
etməyib: onların hər ikisi eşitmə qüsurlu olub.
23. Livermorda 110 ildən çox yanan elektrik lampası var.
24. Moskvada bir mənzildən ucuz olan qəsrlər var.
25. Astronavtların dəbilqələrində istənilən an burun qaşımaq üçün xüsusi vasitə var.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!