İlbiz zəhərindən ağrıkəsici

İlbiz zəhərindən ağrıkəsici
Maraqlı məlumatlar
10.09.2017 40
İlbizlərin zəhərindən yeni nəsil ağrıkəsici hazırlamaq planlaşdırılır.

Həmin dərmanın qabapentin və morfindən 100 dəfə güclü olacağı və asılılıq yaratmayacağı təxmin edilir.

Yırtıcı ilbizlərin zəhərinin aktiv elementi olan konotoksin balığı uzun
müddət hərəkətsiz edə bilir. Kvinslend Universitetinin mütəxəssisi
Devid Kreyk bildirir ki, konotoksin 5 təcrübi preparatın yaradılmasında
əsas kimi götürülüb.

Hələlik bunlardan yalnız biri siçovullar üzərində təcrübədən keçirilib.
Konotoksin heyvanlarda ağrını götürüb. Nəzəriyyəyə görə, o, xroniki
ağrıları olan insanlara da kömək edə bilər.

Məlumdur ki, bir çox canlıların zəhəri əsəb sistemində müəyyən
zəncirləri bloka salır. Onların iş prinsipi opium tərkibli
ağrıkəsicilərin, məsələn, morfinin və hidrokodonun, işindən fərqlənir.
Yeni dərmanın oral formada olacağı nəzərdə tutulur. Alimlər bu
fikirdədirlər ki, insanlar üzərində təcrübə 2 ildən sonra başlana bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!