Qazananlardan yoxsa itirənlərdənsiniz?

Qazananlardan yoxsa itirənlərdənsiniz?
Maraqlı məlumatlar
10.09.2017 30
[/center]
[center]

Qazanan deyər ki: Gəlin, vəziyyətə baxaq. İtirən deyər ki: Bu haqda məndən başqa heç kəs heç nə bilmir. Qazanan deyər ki: Əminəm ki, bunu etmək üçün zaman tapacağam. İtirən deyər ki: Bunu etmək üçün zamanım yoxdur. Qazanan deyər ki: Söyləmək istədiyini tam olaraq anlamadım. İtirən deyər ki: Məni anlamırsan. Qazanan deyər ki: Bir xəta etdim, amma xətamı düzəltməyə çalışacam İtirən deyər ki: Mənim xətam deyil. Qazanan deyər ki: Elə bilirəm bu mövzuda fərqli düşüncələrə sahibik. İtirən deyər ki: Fikrimi dəyişməyəcəm. Qazanan deyər ki:Yaxşıyam və daha da yaxşı ola bilərəm. İtirən deyər ki: Başqaları qədər pis deyiləm. Qazanan deyər ki:Bu mövzunu başqa bir şəkildə açıqlamama icazə verin İtirən deyər ki: Dəfələrlə söylədiyim kimi. Qazanan deyər ki: Daha yaxşı bir yolu olmalıdır. İtirən deyər ki: Bizim işimizdə bu həmişə belə olur! Qazanan deyər ki: Yeni bir şey öyrənmək üçün əsla gec deyil İtirən deyər ki: Neçə illik təcrübəm olduğunu bilirsənmi? Qazanan deyər ki: Bu dəfə doğru edək. İtirən deyər ki: Bunu daha əvvəllər də etmişdik alınmamışdı. Qazanan deyər ki: Bu mənim bacaracağım iş olmadığı üçün boynuma götürüb sizi yanıltmaq istəmirəm. İtirən deyər ki: Nə olur olsun sizin xətriniz üçün mən bunu edəcəyəm. Hətta kimisə öldürməli olsam belə. Bir insan olaraq ən çətin iş bir insanı, bir hörməti, bir sevgini və ən əsası birdə savab qazanmaqdır. Hər zaman bu çətinlərə asanlıqla çata biləcəyiniz ümidi ilə Allaha əmanət olun...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!