Pişiklər haqda bilmədikləriniz

Pişiklər haqda bilmədikləriniz
Maraqlı məlumatlar
10.09.2017 19
Pişiklərin sirri UNO-ların sirrinə bərabərdir. Onların o qədər sirri var
ki, hətta elm də bunların hamısını açıqlaya bilmir və sübut olunub ki,
pişiklərin "üçüncü göz”ü var.



Pişiklər 10 000 ildir ki, insanlarladır və qədimdə onları Tanrının
elçisi kimi inanaraq ona baş əyirdilər. Orta əsrlərdə isə onları
yandırırdılar, inanaraq ki, onları şeytan bu dünyaya yollayıb.



Slavyanlar bu cür şeylərə inanmasalar da, bu günə kimi Ukraynanın bəzi
kəndlərində inam var ki, o pişik ki, 13 yaşına çatıb, ondan uzaq durmaq
lazımdır, çünki sahibindən daha müdrik, daha ağıllı ola bilər və özündə
şeytan gücü yarada bilər. Hətta ürəyi yumşaq kəndlilər də nadir hallarda
olmurdu ki, öz sevimli ev heyvanını meşələrə azdırmağa aparmasınlar.
Yalnız 20-ci əsrdə insanlar bu cür inamlara əl atmayıblar.



30-cu illərdə doktor Cozef Venk Rain Kaliforniyadakı Diurk
Universitetində parapsixologiyanı öyrənirdi. Uzun təcrübələrinin
nəticəsində o, bildirdi ki, pişiklərin paranormal bacarığı var, onlar
qabaqcadan görmə və telepatiyanı bacarırlar. Yəni pişiklər təhlükəni
qabaqcadan hissetmə və öz sahibinin uzun məsafələrdən belə başına
gələcək pis hadisə, və ya ölümünü hiss edə bilirlər.



Yarım əsr olar ki, pişik hissiyyatlarını təcrübələrlə Avropada, Amerikada və keçmiş SSSR-də öyrəniblər.



Artıq pişiklərin təhlükəni hissetmə bacarıqlarının olması elə də sirr
deyil, buna görə də insanlar onları hansısa səyahətə, gəmi səyahətinə və
s. yerlərə özləri ilə götürürlər.



Məsəlçün, Neapolitan axınının sahilində yerləşən Vezuviya adlanan yerdə
elə bir insan yoxdur ki, evində pişik olmasın. O yerlərdə tez-tez
vulkan püskürdüyündən məhz pişiklərin birinci evdən qaçdığını görən ev
sahibləri təhlükənin olduğundan xəbərdar olurlar.



Hətta 2-ci Dünya Müharibəsi zamanı evlərə bomba düşmək riski artığı
zaman ilk olaraq evlərdən pişiklər qaçırdılar. Bu cür hallara bütün
müharibə olan ölkələrdə rast gəlinib. İnsanlar onun şahidi olublar ki,
bombanın yaxınlaşdığını göstərən cihazdan qabaq bunu pişiklər görüb,
hiss edirlər. Pişiklərinin bir az da olsa narahatlılıqlarını görəndə ev
sahibləri tez zirzəmilərə gedib gizlənirdilər. Müharibə zamanı
pişiklərin bu cür bacarıqlarına görə hətta Avropada ən çox insan
həyatını xilas edə bilmiş pişiklərə medal da verilmişdir. Medalın
üzərində yazılmışdır: "Biz də vətənə qulluq edirik!”.



Aydın olub ki, pişiklər əvvəlcədən hər şeyi hiss edə bilirlər –
təhlükəni, hansısa vacib olacaq hadisəni, təbiət kataklizmaları, havanın
dəyişməsi, və ya sadəcə olaraq evə qonağın gəlməyini. (yoldaşım evə
gəlməmişdən, və ya mən özüm evə girməmişdən öncə dişi pişiyimiz artıq
çöl qapısının qabağında durmuş olur və bizim sanki gəldiyimizi bilmiş
kimi baxır bizə).



Baxmayaraq ki, pişiklər haqda olan hadisələrin bəziləri uydurma ola
bilər, alimlər yenə də bu sirrli heyvanlar barədə bəzi açıqlamalar
ediblər.



Pişikləri öyrənən məşhur alman buokimyaçı Helmut Tribuç pişiklərin
əvvəlcədən hər şeyi hissetmə qabiliyyətlərini onunla izah edir ki, bu
heyvanlar atmosferdə olan müsbət yüklənmiş ionlar və atomları hiss edə
bilirlər, ətrafdakı maqnit sahəsinin və səslərin dəyişdiyini hiss edilər
ki, insan öz qulaqları ilə bunları duya bilməz.



Əlavə olaraq, onu da qeyd etmək lazımdır ki, pişiklərdə unikal
hissiyyat orqanı olan Yakonson var. Bu "üçüncü göz” orqanı onlarda ağız
nayihəsində yerləşir. Bu orqanın fəaliyyəti üçün pişik hərəkət etmədən
nəfəsi ilə onu içərisinə çəkir. Pişik sahibləri onların bu hərəkətini bu
cür görürlər ki, pişik sanki hərəkətsiz durub ağzını açıq vəziyyətdə
qalır, sanki nəyisə dinləyir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!