İnternet insan yaddaşına təsir edir

İnternet insan yaddaşına təsir edir
Maraqlı məlumatlar
10.09.2017 7
Hazırda həyatını kompyutersiz və internetsiz təsəvvür edən adam çətin ki, tapılsın.

Müasir texnologiyalar insanı həm işdə, həm də istirahətdə müşayiət edən
ayrılmaz yol yoldaşına çevrilmişdir. "Google” effekti” mövzusunda
araşdırmalar aparan Kolumbiya Universiteti alimləri belə qənaətə
gəlmişlər ki, müxtəlif "qacetlərə” tez-tez müraciət etmək artıq
beynimizin işinə, daha dəqiq desək, informasiyanı yadda saxlamaq
prosesinə təsir göstərməyə başlayır.Elmi proqramın rəhbəri, psixoloq
Betsi Sperrou demişdir: "Çoxsaylı eksperimentlərin nəticələri
göstərmişdir ki, bu və ya digər məlumatı təkrar harada tapacağını bilən
insanın həmin məlumatı yadda saxlaması çətin olur. Lakin bu heç də o
demək deyildir ki, "Google” və ya digər axtarış sistemləri müasir
cəmiyyəti kütləşdirir. Əksinə, biz bir çox şeyləri, hətta internetdə
çətin tapılan sözləri hələ də yadda saxlaya bilirik. Müasir insan
xatirələrindən məhrum olan şüursuz məxluq deyildir. Lakin zaman keçdikcə
biz informasiya almaq yolunu informasiyanın özündən yaxşı yadda
saxlayırıq. İnsanlar daha sırf öz yaddaşlarına güvənməyib, kompyuterə və
internetə bərabər alternativ kimi baxırlar”.

ABŞ alimlərinin təhqiqatları göstərmişdir ki, testlərdə iştirak edənlər
mürəkkəb suala cavab vermək üçün dərhal kompyuterə müraciət etmiş,
alternativ mənbə kimi öz yaddaşlarından istifadə etməyə heç cəhd də
göstərməmişlər.

Alimlərin fikrincə, bu yolla kompyuter və internet getdikcə insanın
özünəməxsus "xarici yaddaş qurğusuna” çevrilməkdə, yaddaşımız isə müasir
texnologiyalara uyğunlaşmaqdadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!