Qızların serialı yoxsa oglanlarin futbolu?

Qızların serialı yoxsa oglanlarin futbolu?
Maraqlı məlumatlar
10.09.2017 21
 
Son zamanlar qəribə də olsa bu yazını çox oxuyuram. Bu yazı dəbəmi girib, ya zorla dəbəmi salırlar?
"Qızların seiala baxması”!
Artıq qlobal problemə çevrilib.
Bir anlıq düşündüm,seriala baxan qızlardısa o zaman onları tənqid edən oğlanlar nə edir?
Bütün vaxtlarını elmi kəşflərəmi,yeni-yeni ixtiralaramı sərf edir görəsən?
Yolla gedərkən böyük bir qışqırıq eşitdim:Qoooooooooooooooooool!!!!
Bax bu zaman anladım ki,serialı təngid edənlərin elmi kəşi elə bu imiş:QOL!
Yəni futbol!!!
Siz hec futbola baxan bir insanın tablodakı rəqəmi dəyişdiyini gördünüzmü?
Ağıllı qızlar seriala baxanda ordan ağıllı nəticələr çıxardır, istər davranış olaraq,istərsə də edəcəyi hərəkətin cəmiyyət içərisindəki reaksiyasını. Ağılsız qızlar üçün isə fərq etməz: istər seriala baxdı,ya baxmadı.İstər intellektual verilişlərə baxdı,ya baxmadı.Şahmat oynadı,ya oynamadı.
Amma ağıllı oğlanla ağılsız oğlan dəfələrlə futbola baxsa da,
daim qoool, vuuurr, past ver…. deyə qışqırsalar da
inanın mənə tabloda heç nə dəyişmir, oyunun nəticəsi yenə eyni qalır.
Indi üzümü tutram o özlərini ağıllı, savadlı, bızən də dahi sayan oğlanlara ki,seriala baxıb gerçək həyatın TV-yə yayımlanmasını izləyən qızlarmı daha çox vaxt itirir,ya 90 dəqiqə meydanda bir topu setkadan keçirmək istəyən 11 nəfəri izləyən oğlanlarmı?
Düzdür mən seriala baxiram, futbola baxmiram.amma hərdən seriala baxan qızları tənqid edən insanları görəndə onları bir anlıq güzgüdə özlərinə baxmağa (day güzgünü yuxarı tutub atılan əşyanın yuxarı qalxmasını seyr edib əsrin kəşfini etdiyini düşünməyi deyil )dəvət edirəm.Baxın və özünüzə deyin:90 dəqiqədə vur, pas ver, filankəsin səvhidir deməklə əldə edəcəyin bir şey varsa, onunla fəxr elə.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!