Ən çox görülən 30 yuxu

Ən çox görülən 30 yuxu
Maraqlı məlumatlar
10.09.2017 63
Almaniyada aparılan bir araşdırma, yuxu dünyasının qapısını açdı.
Qadınlar ən çox üzür, kişilər qadınlardan daha çox sevişir, gənclər
hörümçəkdən qorxur, yaşlılar pul tapır. Ən çox uçmağı sevirik. Təcavüzə
məruz qalmaq, kiməsə təcavüz etməkdən daha çoxdur.

Yuxunun sirri əsrlərdir insanlara bəlli deyil. Ümumiyyətlə niyə
yatmağımızın da ağlabatan bir cavabı yoxdur. Amma Almaniyada aparılan bu
araşdırma yuxu ilə bağlı bəzi statistik məlumatlar verməkdədir. Sən
demə bəzi yuxuları bütün insanlar görür. Dünən gecə siz böyük ehtimalla
evlərin, yolların üzərindən uçmusuz. Kimdənsə qaçmısız, bir şeyi
təkrar-təkrar etməyə çalışmısız, tanıdığınız, yaxud tanımadığınız
biriylə sevişmisiz.



Araşdırma təkcə almanlar üzərində deyil, digər böyük xalqlar üzərində də
aparılıb. Nəticədə bəlli olub ki, bütün dünyanın insanları ortaq
yuxular görürmüşlər.

Yuxuda sevişdiyini görmək daha çox kişilərə xasdır. Kişilər həmçinin
yuxuda alov görürlər. Eyni zamanda bir avtomobilin idarəsinin
itirildiyini görmək də kişi yuxusuna xasdır.



Qadınların yuxuları sellə, tufanla doludur. Qadınlar çox vaxt yuxuda
üzürlər. Yaşayan adamları ölmüş, ölmüş adamları diri görənlər də daha
çox qadınlardır.

Özünü çılpaq, yaxud yarıçılpaq geyinmiş halda görmək isə qadınlarda və kişilərdə bərabərdir.



Gənclər böcəklər və hörümçəkləri çox görürlər. Özlərini daha çox güzgüdə görürlər.



Yaşlılar isə yuxularında yeni şeyləri sınaqdan keçirirlər və hardansa pul tapırlar.



Bu da bütün insanların gördüyü ortaq yuxular:



1. Uçmaq.



2. Bir şeyi davamlı şəkildə təkrarlamaq, etməyə çalışmaq.



3. Kimdənsə, yaxud nədənsə qaçmaq.



4. Sevişmək.



5. Məktəbə getmək, oxumaq, öyrənmək.



6. Harasa gecikmək.



7. Ölmüş bir adamı diri görmək.



8. Sağ adamı ölmüş görmək.



9. Hücuma məruz qalmaq, zərbə almaq.



10. Üzmək.



11. Yıxılmaq.



12. Vəhşi heyvanlar.



13. Sel, tufan görmək.



14. Gözəl yeməklər yemək.



15. Bir yerdə bağlı qalmaq.



16. Bağlanmış olmaq, hərəkətsiz qalmaq, nəfəs ala bilməmək.



17. Öldürülmək.



18. Bir varlığı hiss etmək.



19. Şər bir varlıqla qarşılaşmaq.



20. Pul tapmaq.



21. Bir avtomobilin idarəetməsini itirmək.



22. Alov görmək.



23. Yıxılmaq üzrə olmaq.



24. Biədəb geyinmək.



25. Böcək və hörümçək görmək.



26. Boğulmaq, havasız qalmaq.



27. Birini öldürmək.



28. Tualet tapa bilməmək, tualetdən istifadə edərkən utanmaq.



29. İmtahanda uğursuz olmaq.



30. Yenidən uşaq olmaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!