Laylalarımız - ana alqışlarımız

Laylalarımız - ana alqışlarımız
Maraqlı məlumatlar
10.09.2017 5
Azərbaycan folklorunun qədim nümunələrindən biri də laylalarımızdır. Analarımız qəlbinin mehri və məhəbbətini, arzu və diləklərini körpə balalarına ifadə etmişlər.

 

Laylay, beşiyim, laylay,

Evim, eşiyim laylay,

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay.



Laylay dedim, yat dedim,

Yastığa baş at dedim.

Bala, çəkim nazını,

Boya-başa çat dedim.

        

Laylay dedim, yatasan,

Qızıl gülə batasan,

Qızılgül kölgəsində

Muradına çatasan!

 

İlk ana laylaları "ninnilər” olub. Bəzi dialekt və şivələrdə hələ də uşağın yatdığı beşliyə "nənni” deyirlər. "Ninni”lərimiz qədim türk kökənə mənsub olan Kərkük havacatlarında yaşayaraq, bu günümüzə qədər gəlib çatıb.

 

Ninnini yarım, ninnə

Əsməri yarım, ninnə,

Ninnə, ninnə!

 

Analar ömrünü, həyatını balası yolunda gözünü qırpmadan fəda etməyə hazır olduğunu laylalarda belə ifadə edir:

 

Əzizinəm gündə mən,

Kölgədə sən, gündə mən,

İldə qurban bir olar,

Sənə qurban gündə mən!

 

Laylalarda eyni zamanda böyük bir hikmət də var:

 

Laylay dedim yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində,

Şirin yuxu tapasan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!