Dolların üzərindəki şifrələrin mənası

Dolların üzərindəki şifrələrin mənası
Maraqlı məlumatlar
10.09.2017 10
ABŞ dollarının üzərindəki möhürlər, işarələr, simvollar haqqında çox
danışılıb. Onlarla bağlı hətta sui-qəsd nəzəriyyələri irəli sürülüb.
Amma onların hansının doğru, hansının səhv olduğu hələ də müzakirə
edilir. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Son vaxtlar bir dollarlıq əskinasların üzərində təsvir olunmuş yarımçıq
piramida, 13 rəqəmi, bir qanadı ilə zeytin budağı, o birisi ilə ox tutan
Amerika qartalı, göz bir çox ehtimalların meydana çıxmasına səbəb olub.
Bəzilərinə görə bunlar Mason Lojasının, başqalarına görə isə satanizmin
simvollarıdır. Bu baxımdan amerikalı tarixçilər tərəfindən bu
simvolların izahı daha inandırıcı görünür.

Onların fikrincə, əskinasın üzərindəki yarımçıq piramida təsviri mütləq
gücün simvolu, eyni zamanda kosmosa açılan qapıdır. Amerika cəmiyyətinin
piramida kimi qurulması mənasını verir. Natamam piramidanın
pilləkənlərinin sayı 13 ədəddir. Bu, çox ehtimal ki, o dövrdə Amerikanı
yaradan müstəmləkələrin sayını göstərir. Eyni zamanda, bu rəqəmin ölkəni
idarə edən 13 ailəni simvolizə etdiyi iddia edilir.

Tədqiqatçıların digər ehtimallarına görə, əskinas üzərindəki ox və
zeytun budağı tutan qartal ABŞ-ın dünyaya mesajıdır: «Sülh istəyirik,
lakin lazım gələrsə, vuruşacağıq». Qartal isə sürətin və çevikliyin
rəmzidir.

Qeyd edək ki, ABŞ iki böyük möhürdən istifadə edir. Sülh zamanında
qartal zeytun budağına, müharibə vaxtı isə oxlara baxır. Latın dilində
«ANNUIT COEPTİS» sözü əskinasdakı göz təsvirinin üzərində və qartalın
qalxanında yer alıb. Onu da qeyd edək ki, piramidanın zirvəsində
yerləşdirilmiş gözün «hər şeyi görən göz» mənası verdiyi ehtimal edilir
ki, bu da ABŞ-ın günümüzdəki mövqeyini çox yaxşı əks etdirir. Eyni
zamanda, onun hələ 1776-cı ildə düşünülməsi xüsusi əhəmiyyət daşıyır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!