Od çərşənbəsi haqqında

Od çərşənbəsi haqqında
Maraqlı məlumatlar
10.09.2017 220
Novruz baryarmı dörd əsas çərşənbəni özündə birləşdirir. Bunlardan ikincisi Od çərşənbəsidir. Hər çərşənbə axşamı tonqal qalanır, lakin bu çərşənbə günün özünə məxsus olan xüsusiyyətləri digərlərindən tamamilə seçilir. Bu günü məhz od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi vardır. Od çərşənbəsi elimizin adət ənənələrinə görə "Üsgü çərşənbə” də adlanır. Qədim zamanlardan Novruz bayramı bu çərşənbələrlə tanınır və məhz ikinci çərşəbənin odun adı ilə bağlı olması da məncə təsadüf deyildir.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Od çərşənbəsi tədqiqatçılar tərəfindən qədim zamanların əsas dinlərindən olan və Azərbaycan ərazisində yayılan Atəşpərəstlik dini ilə bağlanılırdı. Çünki Zərdüşt tərəfindən yaradılan Avesta kitabındakı odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərmişdir. Hətta Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşhag da buna əyani misaldır.

Deməli vətənimizdə oda və ocağa olan hörmət, onun müqəddəsliyi heç vaxt danılmazdır. Çünki neçə əsrlər bundan əvvəl insanların odu tapması və onun kəşf olunması dünya tarixinə xüsusilə yazılmışdır. Hər evin və binanın qarşısında tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə nişanə idi. Dünyada istilik mənbəyi olan günəş, od, alov həmişə insanlar tərəfindən sevilmiş və qorunumağa çalışılmışdır.

Havaların isti keçməsi, günəşin çıxması insanlar tərəfindən istənilir və buna aid bir çox nəğmələr, şerlər oxunulmağa başlanılır. Həmçinin tonqal haqqında ümumi məlumatlara "Kitabi Dədə Qorqud” kitabında da rast gəlmək mümkündür. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında geniş yazılar yazılmışdır. Deməli hələ qədim zamanlardan Azərbaycanda od həmişə qorunmuş və digər bir çox ünsürlərdən seçilmişdir. Buna əsasən "Dədə Qorqud” filmi çəkilmişdir, hətta həmin kinoda da tonqalın qalanması və bizim xalqımız üçün onun hansı məna ifadə etdiyi çox gözəl şəkildə göstərilmişdir. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırıması ilə müəyyən işlərin bəyan edilməsi də tamam seçilir.

Od çərşənbəsinə və oda aid olan bir çox atalar sözləri və məsəllər də vardır. "Odu su ilə söndürmək olmaz”, "Od çərşəbəsində ocağı boş qoymazlar” və s.

Qeyd edək ki, həmin gün hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi şirniyyatlar olmalıdır. Bu süfrənizin bollu, bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bu əsas inanclar və insanların inamları nəticəsində meydana gəlir.

Kənd yerlərində isə bütün kəndi od çərşənbəsinin olması ilə bağlı agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək o hissələrdə tonqalın qalanması daha məsləhət uyğun hesab olunurdu. İnsanlar isə öz qapılarında, evlərinin qarşısında və məhəllələrində tonqal qalamaq üçün əllərinə taxtadan məşəllər götürür, həmin böyük tonqalın yanına gedərək oradan alov götürürdülər. Sonra həmin alovu öz tonqal qalayacaqları yerə gətirib, alovu yandırırdılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!